Icma.az
close
up
RU
Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 avqust, AZƏRTAC

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.

AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümüdür.

Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır.

Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin “Sərhədlərin mühafizəsi haqqında” Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.

Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biri olub.

Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə DSX-nin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.

Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Buna nümunə kimi 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.

DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.

Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək, ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda DSX-nin 2 kolondan ibarət parad heyəti “Vətən Müharibəsi Qəhrəmanı” general-leytenant İlham Mehdiyevin rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçiblər. DSX-nin Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib, daha sonra hərbi texnikaların keçidində iştirak edib.

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə Vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ərəfəsində Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Həmin sərəncamlarla bir sıra hərbi qulluqçulara ali hərbi rütbələr verilib, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olan bir neçə hərbi qulluqçu və 1 mülki işçi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, bəzi hərbi qulluqçular isə müxtəlif orden və medallara layiq görülüblər.

Müxbir – Göyçək Mahmudlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2026 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri