Bu gün Bakı, Göygöl rayonu və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
“Qaz İxrac” İdarəsi tərəfindən “Əliuşağı” QPS-də qaz tənzimləyici qurğuların dəyişdirilməsi məqsədilə bu gün saat 10:00-dan 18:00-dək “Göygöl əhali” və “Samux əhali” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Newscenter.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.
Mingəçevir şəhəri 1 saylı İncəsənət Musiqi məktəbinə qazın verilməsi və şəhərin Füzuli küçəsində yerüstü daşıyıcı qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan sözügedən ərazidə qaz təchizatının dayandırılması nəzərdə tutulub.
Həmçinin paytaxtın Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 04.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Göygöl rayonunun (şəhər mərkəzi və 23 yaşayış məntəqəsi), Mingəçevir şəhərinin və paytaxtın Nərimanov rayonunun (Həsənoğlu, Təbriz və K.Rəhimov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Süleyman

Bu gün Bakının, Göygöl rayonu, Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
04 Dekabr 2024 02:16
525ci qəzet Bu gün Bakı, Göygöl rayonu və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
04 Dekabr 2024 09:56
Bu gün Yevlaxın bəzi ərazilərində qaz olmayacaq
04 Fevral 2025 07:58
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
05 Noyabr 2024 00:16
Bakının bəzi ərazilərində qaz olmayacaq Bu tarixdə
26 Noyabr 2024 22:49

