Bu gün Bakıda saxlanılan FTX agentlərinin ADLARI VİDEO+FOTO
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib.
“Cebheinfo.az”ın məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var. Bunlar İqor Kartavıx və Yevgeniya Belousovadır. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.
Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib. Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb. (qafqazinfo)
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 İyun 2025 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















