Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Dağlar Günüdür

Bu gün Beynəlxalq Dağlar Günüdür

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür.

Sfera.az xəbər verir ki, həmin təqvim günü BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən, 2003-cü ildən başlayaraq hər il qeyd olunur. Dağlar Gününün keçirilməsində məqsəd dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətini cəmiyyət qarşısında qaldırmaqdır.

BMT Baş Assambleyası dünya ictimaiyyətini planetin dağlıq rayonlarının inkişaf problemlərinə və onların əhalisinə yardım göstərilməsinin zəruriliyinə diqqəti cəlb etmək üçün bu gün də bütün səviyyələrdə tədbirlər təşkil etməyə çağırır. Həmçinin dağlıq rayonların davamlı inkişafına yönəlmiş tədbirlərin xüsusi aktuallığı diqqətə çatdırılır.

Bu il Beynəlxalq Dağlar Günü “Dayanıqlı gələcək üçün dağ həlləri-innovasiya, uyğunlaşma və gənclik” devizi altında keçirilir. Dağlarla bağlı mürəkkəb problemlərin həlli üçün innovasiyalar vacibdir. Bu innovasiyalar texnoloji irəliləyişləri, eləcə də iqlimə uyğun ağıllı kənd təsərrüfatı kimi yaradıcı problemlərin həllini əhatə edir.

Dünya əhalisinin 15 faizi dağlarda məskunlaşıb. Dağlar dünyanın quru səthinin təxminən dörddə birini əhatə edir, dünyanın davamlı iqtisadi inkişafa doğru hərəkətində mühüm rol oynayır. Dünyada mövcud olan dağlarda dünya əhalisinin 15 faizi məskunlaşıb. Dağlar bəşəriyyətin gündəlik həyat üçün şirin su, enerji və dərman vasitələri ilə təmin edilməsində xüsusi rol oynayır. Dağlıq bölgələrdə yaşayan 1,1 milyarda yaxın insanın dolanışıq və rifah mənbəyi olmaqla yanaşı, dağətəyi ərazilərdə yaşayan milyardlarla insana dolayı yolla fayda gətirir.

Təbii ki, dağların bir çox nadir bitki və heyvan növləri üçün qoruq, Yer kürəsinin bütün əsas çayları üçün su mənbəyi olduğunu unutmaq olmaz. Dağlar dünya şirin suyunun əksəriyyətinin mənbəyi, unikal biomüxtəlifliyə və zəngin mədəni irsə ev sahibliyi edən, istirahət və turizm üçün məşhur məkan kimi qlobal əhəmiyyət daşıyan kövrək ekosistemlərdir.

Qeyd edək ki, dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir. Bununla belə, turizm COVID-19 pandemiyasının ən çox ziyan vurduğu sektorlardan biridir. Pandemiya ilə əlaqədar turizm məhdudiyyətləri dağ icmalarının həssaslığını daha da gücləndirdi. Həmin böhran dağ turizmini, onun təbii ehtiyatlara və yaşayış vasitələrinə təsirini yenidən nəzərdən keçirmək, onu daha yaxşı idarə etmək və ondan daha dayanıqlı, yaşıl və əhatəli gələcək üçün istifadə etmək imkanı verir.

Azərbaycanda relyefin iki əsas forması var: dağlar və düzənliklər. Ən böyük geomorfoloji vahidlər olan Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları Kür-Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Dağəmələgəlmə zəiflədiyinə görə, Azərbaycanda dağlar cənub-şərqə doğru tədricən alçalır. Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. Ölkə ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Böyük Qafqaz dağ sisteminin ən yüksək nöqtəsi Bazardüzü (4466 metr), Kiçik Qafqaz dağ sisteminin ən hündür nöqtəsi Qapıcıq dağı (3906 metr), Talış dağ sisteminin ən hündür nöqtəsi isə Gömürgöydür (2493 metr). Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir.

Ətraf mühitin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə, dağlıq rayonlarda siyasi vəziyyətin gərginləşməsi isə lokal müharibələrə, terrorizmin yayılmasına, qaçqınların sayının artmasına, aclıq və xəstəliklərin yaranmasına səbəb olur. Dağ ekosistemləri də çirklənmə təhlükəsi altındadır. Mikroplastiklərə hətta Everestin zirvəsində də rast gəlinir.

Dağların iqlim dəyişikliyi, eləcə də istismar və çirklənmə təhlükəsi altında olması insanlar və planet üçün riskləri artırır. Qlobal iqlim dəyişikliyi davam etdikcə, dağ buzlaqları əriyərək aşağı axarda şirin su ehtiyatlarına təsir edir. Eroziya və çirklənmə aşağı axınla axan suyun keyfiyyətinə və torpağın məhsuldarlığına xələl gətirir.

Bütün bunlar dağlıq rayonların unikal təbiət və insan potensialının itirilməsinə gətirib çıxarır. Ona görə də dağları qorumaq üçün dünya ictimaiyyətinin diqqətini bu problemlərə cəlb etmək çox vacibdir. Həmin problem hamımıza təsir edir. Biz mənfi vərdişlərimizin ətraf mühitə təsirini bilməli, karbon izimizi azaltmalı və təbii sərvətlərin qayğısına qalmalıyıq.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see284

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see250

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see236

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see236

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see235

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see233

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see229

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see219

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see214

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see211

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see211

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see196

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see189

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see188

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see188

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see186

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see179

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see176

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see174

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri