Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Tibb ictimaiyyətinin təşəbbüsü ilə hər il sentyabrın 12-də Beynəlxalq Miqrenlə Mübarizə Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu günün məqsədi ciddi xəstəlik olan miqrenə diqqət çəkmək, onun insan sağlamlığı üçün yarada biləcəyi fəsadlar barədə məlumatlılığı artırmaq və problemin nə dərəcədə lazımi səviyyədə qiymətləndirilmədiyini göstərməkdir. Çünki bu xəstəlik yalnız pasiyentin fiziki və psixoloji vəziyyətinə deyil, onun işinə, ailəsinə və sosial həyatına da təsir göstərir.

Miqren bir neçə saatdan 2-3 günədək davam edən, orta və yüksəkintensivlikli, döyünən xarakterli təkrarlanan baş ağrısı tutmaları ilə müşayiət olunan xəstəlikdir. Fiziki aktivlik zamanı ağrı daha da güclənə bilər. Çox vaxt miqren ürəkbulanma, qusma, işığa, səslərə və qoxulara qarşı yüksək həssaslıqla müşayiət olunur.

Tibb təşkilatlarının statistikasına görə, miqren dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Yer üzündə hər yeddi nəfərdən biri həyatında ən azı bir dəfə miqren tutması keçirib. Xəstəlik 50 yaşadək insanlarda əmək qabiliyyətinin itirilməsinin ən geniş yayılmış səbəblərindən biridir. Miqren səbəbindən itirilən iş günləri ölkələrin iqtisadiyyatına da əhəmiyyətli zərər vurur. Bu xəstəlik beyin damar xəstəlikləri, dağınıq skleroz və epilepsiya ilə eyni sırada qiymətləndirilir.

Həkimlərin fikrincə, xəstəliyin inkişafı insanın genetik xüsusiyyətləri ilə ətraf mühit amillərinin məcmusu ilə şərtlənir. İrsi meyilliliklə yanaşı, miqrenin yaranmasına səbəb olan əsas amillər sırasında həddindən artıq yorğunluq, stress, düzgün olmayan qidalanma və gün rejimi, spirtli içkilərdən sui-istifadə də yer alır. Hormonal dəyişikliklər də mühüm rol oynayır. Məsələn, yetkinlik yaşına çatmazdan əvvəl oğlanlarda miqren qızlara nisbətən bir qədər daha çox müşahidə olunur, yetkin qadınlarda isə miqren kişilərlə müqayisədə 2-3 dəfə daha çox rast gəlinir.

Bundan əlavə, həmin xəstəliyin müalicəsi həkimlər üçün kifayət qədər mürəkkəb məsələ olaraq qalır. İnsanlar isə çox vaxt mütəxəssisə müraciət etmək əvəzinə özünümüalicəyə üstünlük verirlər. Bu da ağrı tutmasını tez aradan qaldırmaq cəhdi ilə ağrıkəsici preparatlardan həddindən artıq istifadəyə gətirib çıxarır. Nevroloqların fikrincə, yalnız düzgün və vaxtında diaqnostika, eləcə də müalicəyə kompleks yanaşma xəstəliyin müalicəsində yaxşı nəticələr əldə etməyə imkan verir.

Lakin yadda saxlamaq vacibdir ki, həkimə müraciət və dərman müalicəsi ilə yanaşı, insan öz həyat tərzinə də diqqət yetirməlidir. Buna görə də miqrenin yaranması riskini azaltmaq üçün kifayət qədər yatmaq, zərərli vərdişlərdən imtina etmək, düzgün və balanslaşdırılmış qidalanmaq, təmiz havada gəzmək, fiziki fəaliyyətlə məşğul olmaq və stresli vəziyyətlərin öhdəsindən gəlməyi bacarmaq vacibdir. Müxtəlif “intellektual məşğələlər” – məsələlərin, tapmacaların, krossvordların həlli, beyin həmlələri, xarici dillərin öyrənilməsi də faydalı ola bilər.

Məhz bütün bu məsələlərə, xüsusilə də miqrenin profilaktikasına həsr olunan tədbirlər bu xəstəliklə mübarizə günündə fəallar və tibb işçiləri tərəfindən təşkil edilir. Bu tədbirlər sırasında maarifləndirici aksiyalar və sərgilər, elmi seminarlar və konfranslar yer alır.

Unutmaq olmaz ki, müasir tibbi üsullar xəstəliyin daha asan keçirilməsinə imkan verir və miqrenlə yaşayan insanlar öz əziyyətlərini yüngülləşdirmək uğrunda mübarizədə tək deyillər.

Müxbir - Göyçək Mahmudlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri