Icma.az
close
up
RU
Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün 2011-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən (66/170 saylı qətnamə) qız uşaqlarının hüquqlarının tanınması məqsədilə elan edilib.

Həmin tarix bütün dünyada qız uşaqlarının üzləşdiyi problemlərin həllinə diqqət yetirməyə, onların hüquqlarının genişləndirilməsini və həyata keçirilməsini təşviq etməyə çağırır.

Yeniyetmə qızların həm həyatlarının formalaşmasında mühüm rol oynayan dövrdə, həm də böyüyərək qadına çevrildikləri zaman təhlükəsizlik, təhsil və sağlamlıq hüquqları var. Yeniyetməlik dövründə lazımi dəstək göstərildikdə qızlar öz potensiallarını reallaşdıra və ana, işçi, sahibkar, mentor, ailə başçısı və siyasi lider kimi cəmiyyətin inkişafına töhfə verərək dünyanı müsbət istiqamətdə dəyişə bilərlər.

Bu gün dünyada 600 milyonu yeniyetmə qızlar olmaqla, ümumilikdə 1 milyard gənc yaşayır. Onların hamısı gələcəyimizi dəyişdirmək üçün böyük potensiala malikdir. Bununla belə, dünyanın hər yerində qızlar hər gün ayrı-seçkilik və təzyiqlərlə üzləşirlər.

Belə ki, dünyada 15-19 yaşlı qızların təxminən hər dörd nəfərindən biri nə işləyir, nə təhsil alır, nə də peşə hazırlığı keçir. Eyni yaş qrupunda olan oğlanlar arasında bu göstərici hər on nəfərdən birinə bərabərdir. 2021-ci ilədək COVID-19 pandemiyası nəticəsində təxminən 47 milyon qadın və qız yoxsulluqla üzləşib. Bundan əlavə, dünyada hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalıb. Bəzi məlumatlara görə, COVID-19 pandemiyası zamanı qadın və qızlara qarşı zorakılıq halları, xüsusilə də məişət zorakılığı kəskin artıb.

UNESCO-nun məlumatına görə, 1995-ci ildən bəri qızların məktəb təhsili ilə əhatə olunmasının qlobal göstəricisi 73 faizdən 89 faizə yüksəlib. Ən böyük irəliləyiş Afrika ölkələrində, Cənubi Asiyada və xüsusilə Hindistanda qeydə alınıb. Universitetlərdə təhsil alan qadınların sayı iyirmi il əvvəllə müqayisədə üç dəfə artıb. Bununla belə, əldə edilən tərəqqiyə baxmayaraq, bir çox ölkələrdə şagirdlərin təhsil müəssisələrinə qəbulunda gender amili hələ də mühüm rol oynayır.

Yaşı 25-dək olan təxminən 2,2 milyard insanın hələ də evdə internetə çıxışı yoxdur, 133 milyon qız isə məktəbə getmir. Gender bərabərsizliyi nəticəsində qadın və qızlar təhsil almaq, daha yüksək maaşlı iş tapmaq və yeni biznes qurmaq imkanlarından məhrum olurlar.

Yeniyetmə qızların imkanlarının genişləndirilməsinə sosial, iqtisadi və siyasi sahələrdə investisiyaların yatırılması onların hüquqlarının bu gün qorunmasına, eyni zamanda daha ədalətli və firavan gələcəyin qurulmasına zəmin yaradır. Belə bir gələcəkdə qadınlar iqlim dəyişikliyi ilə mübarizə, siyasi münaqişələrin həlli, iqtisadi artımın təmin edilməsi, xəstəliklərin profilaktikası və dayanıqlı inkişaf kimi məsələlərin həllində bərabərhüquqlu tərəfdaş kimi iştirak edir.

Son 15 ildə beynəlxalq ictimaiyyət erkən uşaqlıq dövründə qızların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olub. Bununla belə, qızların həyatlarının ikinci onilliyinə qədəm qoyarkən üzləşdikləri problemlərin həllinə kifayət qədər investisiya yatırılmır. Bu problemlərə keyfiyyətli orta və ali təhsil almaq, erkən nikahdan yayınmaq, cinsi yetkinlik və reproduktiv sağlamlıqla bağlı məlumat və xidmətlərə çıxış əldə etmək, arzuolunmaz hamiləlikdən, cinsi yolla ötürülən xəstəliklərdən və gender əsaslı zorakılıqdan qorunmaq imkanları daxildir.

İnvestisiyalar bir nəslin yoxsulluğu, zorakılığı, sosial təcridi və ayrı-seçkiliyi digər nəslə ötürdüyü qapalı dövrəni qırmaq, inkişaf sahəsində ədalətli və dayanıqlı nəticələr əldə etmək üçün zəruridir. Lazımi dəstək, resurslar və imkanlar təmin olunduqda dünyadakı qızların potensialı, həqiqətən də, sərhədsiz olur.

Buna görə də hər il Beynəlxalq Qız Uşaqları Günü çərçivəsində tədbirlər müəyyən bir mövzuya həsr olunur. İlk dəfə 2012-ci ildə qeyd edilən bu gün dünyanın bir çox ölkəsi üçün aktual problem olan uşaq nikahlarına həsr olunub. Bu ilin mövzusu “Uşaq nikahlarına son qoyun və qızların hüquqlarına sərmayə qoyun” seçilib. Uşaq nikahları insan hüquqlarının əsas prinsiplərinin pozulmasıdır və qızların həyatının bütün sahələrinə mənfi təsir göstərir. Bu cür nikahlar onları uşaqlıq dövründən məhrum edir, sağlamlıqları və həyatları üçün təhlükə yaradır.

Bu gün münasibətilə bütün dövlətlərə qız uşaqlarının qarşılaşdıqları problemlərin həlli yollarının müzakirəsinə həsr olunan tematik tədbirlər keçirmək tövsiyə olunur.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri