Icma.az
close
up
RU
Bu gün bir arzu tutun…

Bu gün bir arzu tutun…

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

O gün sanki təkcə yeni doğulacaq körpələr dünyaya gəlməyə tələsmirdi. Bu balacalar bir balaca da gözləsələr, qalib ölkənin vətəndaşları kimi doğulacaqlar… 

Həmin gün televiziya kanallarımızda anons gedir:

– Bir azdan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti yayımlanacaq.

Vaxt getmirdi, bu “bir azdan” 28 ildən çox çəkir sanki… İnsanlar, daha çox özünün göstəriləcəyinə əmin olanda televizor qarşısında belə həvəslə, həm də qohumlarını da bundan xəbərdar edərək əyləşir. Əslində, bu dəfə də bir fərqi yox idi – səslənəcək “Şuşa, sən azadsan!” cümləsi ilə biz həm də özümüzü tapacaqdıq…

Prezident əvvəlcə Ulu öndər Heydər Əliyevə məruzəyə getmişdi…

Redaksiyamıza müraciətin məkanı öncədən məlum olmuşdu – Şəhidlər xiyabanı. Ədalətli seçim idi, zəfər xəbərini əvvəlcə bu torpaq uğrunda canından keçənlər, daha sonra keçməyə hazır olanlar eşitməliydi.

Bu xəbərdən sonra onlar rahat uyudu, bizim də həmin gün gözümüzə sevincdən ta səhərə qədər yuxu getmədi…

Efir başlayır, Prezident 28 il əvvəl işğal olunan Şuşanın azadlığını çıxışının heç 28 saniyəsi tamam olmamış böyük fəxarət hissi ilə bəyan edir.

O gündən sonra təqvimdə 9 noyabr 8-ə qucaq açır. 8, 9-un ədalət məhkəməsində bütün mülki iddialarını təmin etmişdi. Bayrağın bütün varlığı, ona məxsus əraziləri, evləri, torpaqları, yüksəklikləri, dağları özünə qaytarılmışdı.

Azərbaycan əsgəri böyrü üstə qalıb sonsuzluğu (∞) xatırladan 8-i dirçəldib zəfər nişanəsi etmiş, Zəfər isə bayrağa dayaq, dirək olmuşdu.

Fikirləşirəm, hər adda şəhidimiz var – hətta Albert, Gökhan, Dmitri də. Bu adlar bizə bu adda bir günü, bu adda bir prospekti, bu adda bir parkı – ümumilikdə isə bütöv bir Azərbaycanı əmanət qoyub getdi.

Bu gün 8 Noyabrla hamı Zəfər parkına gedir. Sabah da – 9-u Bayrağımızın günüdür. İki günün arasında dayanıb bir arzu tuturam:

– Allah bu bayrağı o dirəkdən ayırmasın!

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see699

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see451

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see246

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see203

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see197

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see184

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see172

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see172

Dondurma dadında banan

13 İyul 2026 18:44see170

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see160

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see159

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see158

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see158

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see156

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see151

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see150

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see150

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... Prezident

13 İyul 2026 12:52see148

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see147

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri