“Bu gün daha yaxşı oynaya bilərdik” Qurban Qurbanov
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyət oldu. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Səkkiz oyunu analiz etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, çox risklərə getdik. Futbolçularım pley-off-a çıxmağı haqq elədilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda”"Liverpul”la görüşdən (0:6) sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu gün daha yaxşı oynaya bilərdik. Bu bizim oyunumuz deyildi, biz daha yaxşı komandayıq. Baxmayaraq ki, “Liverpul”a qarşı oynayırdıq.
Xalqımızı təbrik edirəm, çox gözləyirdilər ki, biz ilk “24-lük”də olaq.
Get-gedə oyunlar daha da qəlizləşir, rəqiblər daha da güclənir. Qarşıda bizi daha böyük oyunlar gözləyir. Çalışırıq ki, qarşıdakı oyunlara daha düzgün hazırlaşaq.
Həm həmkarım Slotu, həm də komandasını təbrik edirəm.
Futbolçularımı başa düşürəm. bizim geridə qalan oyunlarda asan rəqibimiz yox idi, çox enerji sərf etmişdilər”, - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 29 Yanvar 2026 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















