Icma.az
close
up
RU
Bu gün dünya Trampa Avropanın cavabını GÖRƏCƏK

Bu gün dünya Trampa Avropanın cavabını GÖRƏCƏK

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Avropa liderlərinin sammiti ABŞ Prezidenti Donald Trampın cümə günü Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini nankorluğa görə qəfil məzəmmət etməsi ilə yadda qalıb”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Associated Press” yazıb.

Bukingem sarayının yaxınlığındakı 200 illik malikanə olan “Lancaster House”-da keçiriləcək görüş Ağ Evin diqqətini Ukraynaya yönəltmək, onu danışıqların mərkəzinə qoymaq və onu Avropa tərəfinə çəkmək cəhdi olacaq.

Ondan çox ölkənin liderlərini və digər rəsmiləri qəbul edən Böyük Britaniyanın Baş naziri Kir Starmer Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaqda qərarlı olduğunu bildirib.

“Bizim Ukraynada onun suverenliyini və təhlükəsizliyini təmin edəcək ədalətli və davamlı sülhü təmin etmək üçün birləşmək imkanımız var. İndi Ukrayna üçün ən yaxşı nəticəni təmin etmək, Avropanın təhlükəsizliyini qorumaq və kollektiv gələcəyimizi təmin etmək üçün bir araya gəlməyin vaxtıdır”, - deyə Starmer bildirib.

Sammitdə, həmçinin Fransa, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Kanada, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri iştirak edəcək.

Sammitə Türkiyənin xarici işlər naziri, NATO-nun baş katibi, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri də qatılacaq.

Zelenski Ağ Evdəki fiaskodan sonra bütün Avropa liderlərindən geniş dəstək almağa başlayıb.

Starmer Zelenskini şənbə günü şəxsi görüşə gələndə, yəni  - sammit öncəsi qucaqlayaraq qarşılayıb.

“Tramp üç il əvvəl Ukraynaya təcavüzündən bəri əksər Qərb liderləri tərəfindən təcrid olunmuş Rusiya Prezidenti Vladimir Putinlə birbaşa sülh danışıqlarına təşəbbüs edəndən sonra Avropa narahatdır”,-deyə AP yazır.

Səfərini "dönüş nöqtəsi" elan edən Fransa Prezidenti Emmanuel Makron və Kir Starmerin Oval Ofis səfərlərini düzgün istiqamətdə atılan addımlar kimi qiymətləndirilib:

“Bu görüşlərdə  Tramp hətta ABŞ-nin təhlükəsizlik zəmanəti verməsini öhdəsinə götürməsə də və Avropanın sülhməramlı qoşunlar təmin etməli olduğunu israr etsə də, Ukraynaya münasibətini müəyyən qədər yumşaltmışdı.

Starmerin Vaşinqtondan qayıtdıqdan sonra 12 saat ərzində, vitse-prezident Vans Trampın Rusiya Prezidenti Vladimir Putinə etibar edilə biləcəyi ilə bağlı iddialarına etiraz etdiyi üçün Zelenskini təhqir etdi və beləliklə, sülh söhbəti dayandı”.

Müdafiə və təhlükəsizlik məsələləri üzrə araşdırma mərkəzi olan Kral Birləşmiş Xidmətlər İnstitutunun baş direktoru Reyçel Ellehuis deyib: 

“Starmer Ukraynadakı müharibədə Avropanın rolunu təsdiqləmək və Prezident Trampa Avropanın istənilən etibarlı sülh sazişinin əldə edilməsində aparıcı rol oynamağa hazır və qadir olduğunu çatdırmaq kimi təsirli iş görüb. Amma təəssüf ki, cümə günü Ağ Evdə keçirilən görüş geriyə doğru ciddi addım idi”.

Ellehuis deyib ki, Tramp danışıqlarda bitərəfliyini bəyan etdikdən sonra Ukrayna artıq ABŞ-nin hərbi və ya siyasi dəstəyinə arxalana bilməz.

Onun sözlərinə görə, Avropa işə qarışa və bu səyləri maliyyələşdirmək üçün Rusiyanın ələ keçirilən 200 milyard avroluq aktivlərini sərbəst buraxa bilər:

"London görüşlərinin bilavasitə məqsədi Ukraynanı maksimum güc mövqeyindən danışıqlar apara bilməsi üçün mübarizə əhval-ruhiyyəsində saxlamaq olmalıdır".

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Ağ ev Tramp Avropa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri