Icma.az
close
up
RU
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

BAKU.WS xəbər verir ki, 1918-ci ilin may ayının 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılıb, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib.

Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilib, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilib.

Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olublar.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə Xalq Ədliyyə Komissarları olan Əliyehdər Qarayev, S.Çivanov, B.Vəlibəyli, Böyükağa Talıblı, Hüsü Hacıyev, Ayna Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları vəzifəsini icra ediblər.

7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri həmin orqanlar arasında bölüşdürülüb.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinə öz səlahiyyətləri həddində xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla hüquqi yardım haqqında müqavilələr və sazişlər bağlamaq hüququ verilib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 9 oktyabr 1999-cu il tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi təmin edilmiş, 11 noyabr 2000-ci il tarixli Sərəncamla 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması qərarı verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilib, ona hüquq mühafizə orqanı statusu verilib.

İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunub "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında vacib rol oynayıb.

Ölkə başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilib, icrasına başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri