Icma.az
close
up
RU
Bu gün görkəmli botanik alim Validə Tutayuqun doğum günüdür

Bu gün görkəmli botanik alim Validə Tutayuqun doğum günüdür

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-ü görkəmli botanik-alim Validə Tutayuqun doğum günüdür. O, Azərbaycanda bitki anatomiyasının əsasını qoymuş, biologiya sahəsində elmlər doktoru elmi dərəcəsini almış ilk azərbaycanlı qadındır. Akademik Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. O, morfoloji-anatomik tədqiqatlarla dünyanın nadir təbiət abidəsi hesab olunan Talışın relikt ağaclarının Abşeron şəraitində introduksiya edilməsini elmi əsaslarla sübut edib. Alimin rəhbərliyi ilə respublikanın kənd təsərrüfatı əhəmiyyətinə malik otlaqları üçün geobotaniki xəritələr, aqrokimyəvi kartoqramlar tərtib edilib.

AZƏRTAC görkəmli botanik-alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Şuşa şəhərində anadan olub. 1934-cü ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) meyvə-tərəvəzçilik fakültəsini bitirib. 1939-cu ildə namizədlik, 1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1969-cu ildə isə həqiqi üzvü seçilib. 1939-1957-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun Botanika kafedrasının müdiri, 1954-1957-ci illərdə isə direktorun elmi işlər üzrə müavini olub. 1957-1962-ci illərdə Azərbaycan EA-nın V.Komarov adına Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb. 1958-1974-cü illərdə bu institutda laboratoriyaya rəhbərlik edib. 1962-1980-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda Botanika və seleksiya kafedrasının müdiri olub.

O, biologiya elminin inkişafı tarixində böyük xidmətlər göstərmiş çoxprofilli biliyə malik alim olub, anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoyub. V.Tutayuqun elmi fəaliyyəti əsas etibarilə iki istiqamətdə inkişaf edib. O, genişprofilli morfoloq və dendroloq bəzək bağçılığı və yaşıllaşdırma sahəsində mütəxəssis kimi tanınıb. Alimin müxtəlif örtülütoxumlularda çiçəyin normal və qeyri-normal quruluşunu öyrənmək sahəsində tədqiqatların nəticəsi olan “Çoxləçəkli çiçəklərin quruluşu” (1960) monoqrafiyası çiçəyin mənşəyinin öyrənilməsində bir sıra prinsipial nəzəri məsələlərin aydınlaşdırılmasında mühüm rol oynayıb. Bu tədqiqatların nəzəri əhəmiyyəti ilə yanaşı, mühüm təcrübi əhəmiyyəti də var. Çoxləçəkliliyin əmələ gəlməsi qanunauyğunluqlarını bilmək seleksiya və bəzən bağçılıqda yeni çoxləçəkli çiçək formalarının alınmasına imkan verir. Bu sahədə aparılan tədqiqatların nəzəri təhlili “Örtülütoxumluların mənşəyinə dair” (1965) və “Çiçəyin teratologiyası” (1969) monoqrafiyalarında əksini tapıb. Alim, həmçinin “Bitki anatomiyası və morfologiyası” (1958, 1967), “Bitki anatomiyası və fiziologiyası” (1960) dərs vəsaitlərinin müəllifi olub.

Validə xanımın elmi fəaliyyətinin ən məhsuldar vaxtı 1957-1962-ci illərdə Botanika İnstitutuna rəhbərlik etdiyi dövr olub. O, “Azərbaycan florasının” yeddinci və səkkizinci cildlərini üç il müddətində tamamlayıb. Bununla yanaşı, digər alimlərlə birlikdə həmmüəllif olduğu “Azərbaycanın ağac və kolları” kitabı iki cilddə çap edilib. Görkəmli alim “Qafqazın dendrologiyası” çoxcildliyinin beşinci və altıncı cildlərini yazan müəlliflərdən biridir. Bu müddətdə V.Tutayuq Nəbatat bağının kolleksiyasının zənginləşməsində böyük xidmət göstərib. Alim 130 elmi əsərin, o cümlədən dörd dərslik və altı monoqrafiyanın müəllifi olub. Onun rəhbərliyi altında iyirmidən çox elmlər namizədi və üç elmlər doktoru hazırlanıb.

Görkəmli alim bir sıra orden və medallarla, respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə fəxri fərmanla təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına (1974) layiq görülüb.

Validə Tutayuq 1980-ci il noyabrın 12-də vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri