Icma.az
close
up
RU
Bu gün Gürcüstanda müxalifət hakimiyyətə qarşı nələr edə biləcək?... Ekspertdən maraqlı açıqlama..

Bu gün Gürcüstanda müxalifət hakimiyyətə qarşı nələr edə biləcək?... Ekspertdən maraqlı açıqlama..

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Etiraz aksiyalarının inqilabla nəticələnəcəyi inandırıcı görünmür. Yenə də deyirəm, ona görə inandırıcı görünmür ki, birincisi, ortada lider faktoru yoxdur. İkincisi, müxalifət birləşməyib, bütöv deyil daxili ziddiyyətlər mövcuddur. Və üçüncüsü...”

Xəbər verildiyi kimi, bu gün- oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Hazırda həbsdə olan eks-prezident Saakaşvili və onun “Vahid milli hərəkat” partiyasının da dəstəklədiyi müxalif qüvvələrdən bir qismi seçkiləri boykot edib və paytaxt Tiflisdə genişmiqyaslı aksiyalara çıxmağı planlaşdırır. Bəzi ictimai fəallar hətta bəyan edib ki, 4 oktyabrda Rustaveli prospektinə yüz minlərlə Avropayönümlü gürcü yığılacaq və sülh yolu ilə hakimiyyət dəyişikliyi baş verəcək.

Bəs görəsən, deyilənlər Gürcüstandakı bugünkü gerşəkliyə nə dərəcədə uyğundur və bu gün  qonşu ölkə də baş verəcəklərdən nə gözləmək olar?..

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:

“Gürcüstanda müxalifət uzun müddətdir ki, davamlı və inadkar mübarizə aparır, əlbəttə. Lakin hələlik ortada ciddi bir nəticə yoxdur. Bəs hansı mənada və niyə nəticə yoxdur?  Gürcüstan hökumətinə beynəlxalq  basqıları, həmçinin müxalifətin aksiyalarının ciddi daxili dəstək qazandığını nəzərə alsaq, demək mümkündür ki, Gürcistanda həqiqətən güclü bir müqavimət hərəkatı mövcuddur. Amma eyni zamanda bu müqavimət hərəkətinin ortada lideri yoxdur.  Keçmiş prezident Salome Zurabişvili bir zamanlar, hələ vəzifədə ikən bu hərəkata qoşulmuşdu və lider kimi görünməyə, hətta bu hərəkata rəhbərlik etməyə çalışırdı. Belə rəhbərliyi edirdi də... Ancaq Salome Zurabişvili uğurlu lider ola bilmədi. Və məhz lider faktorunun ortada olmaması bu hərəkatın indiyədək uğur qazana bilməməsinə gətirib çıxardı...

Şübhəsiz ki, bütün bu məsələlərdə lider ola biləcək şəxs hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili idi. Amma təəssüf ki,  məhz həmin xanım Zurabişvili hələ prezident olarkən özünün keçmiş şəxsi incikliyini bir tərəfə qoyub Saakaşvilinin əfv edilərək həbsdən azad olunması haqda qərar vermədi. Yəni fakt budur ki, o həmin qərarı vermədi. O başqa məsələdir ki, Zurabişvili Saakaşvilinin həbsdən azad edilməsi haqda qərarı  imzalayardı, amma hökumət onu icra etməzdi.  Lakin o heç buna cəhd də etmədi. Təbii ki, bunun arxasında şəxsi inciklik, şəxsi kin və qisas faktoru dayanırdı. Bildiyiniz kimi, vaxtilə Saakaşvili prezident olarkən Zurabişvilini Fransadan dəvət edərək xarici işlər naziri təyin etmiş, lakin bir müddət sonra işdən azad etmişdi.  Bir sözlə, Zurabişvilinin bu davranışı müxalifətin sıralarında stabil birliyin yaranmasına mane oldu...

Və bu gün də Gürcüstanda seçkiləri bütövlükdə müxalifət boykot etmir. Əlbəttə, müxalifət güclü aksiyalar təşkil edəcək, etiraz mitinqləri baş tutacaq.  Amma unutmayaq ki, hakimiyyət də artıq bu cür aksiyalara qarşı mübarizə aparmaqda kifayət qədər təcrübə qazanıb. Belə səbəblərdən bu gün – oktyabrın 4-də müxalifətin bələdiyyə seçkilərini boykot və hakimiyyətə etiraz aksiyasının baş tutacağına şübhə etmirəm. Lakin onun inqilabla nəticələnəcəyi inandırıcı görünmür. Yenə də deyirəm, ona görə inandırıcı görünmür ki, birincisi, ortada lider faktoru yoxdur. İkincisi, müxalifət birləşməyib, bütöv deyil daxili ziddiyyətlər mövcuddur. Və üçüncüsü, hakimiyyət artıq bu məsələdə müəyyən təcrübə toplayıb, bu cür aksiyalara qarşı kifayət qədər özgüvən qazanıb və effektiv mübarizə aparır. Bu səbəblərdən, şəxsən mən gözləmirəm ki, Gürcüstanda hakimiyyət dəyişikliyi olacaq. Əlbəttə, müəyyən ehtimal var, amma bu ehtimal çox azdır. Hər halda yaşayaq- görək...”

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri