Icma.az
close
up
RU
Bu gün Hacı Əliyevin 34 yaşı tamam olur

Bu gün Hacı Əliyevin 34 yaşı tamam olur

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə dördqat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Hacı Əliyevin 34 yaşı tamam olur.

Hacı Əliyev 1991-ci ilin aprelin 21-də Naxçıvanda doğulub.

1999-cu ildən Elman Əzimzadənin rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb.

1997-2008-ci illərdə Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev 2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) ali təhsil alıb.

Hacı Əliyev karyerasında birinci yarışına 2008-ci ilin mayında Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmələr arasında "Qələbə Kuboku" turnirinə qatılıb. Həmin yarışlarda 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev turnirin bürünc medalını qazanıb.

O, 2009-cu ildə növbəti nailiyyətlərini daxili yarışlarda əldə edib. Hacı Əliyev həmin ilin oktyabrında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr olunan gənclər arasında turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb və yarışın çempionu olub. Həmin ilin dekabrında isə Hacı Əliyev böyüklər arasında birinci uğuruna imza atıb. O, Azərbaycan Kubokunda bütün rəqiblərini məğlub edib və turnirin qalibi olub.

2009-cu ildə Azərbaycan Kubokuna sahib olan 18 yaşlı Hacı Əliyev Azərbaycan yığmasına dəvət olunub. Bakı şəhərində baş tutan Avropa Çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə, 1/8 final mərhələsində Almaniya güləşçisi Tim Şlyeyxer ilə qarşılaşıb. Həmin görüşün birinci hissəsində o, məğlub olsa da (0:1), ikinci və üçüncü hissələrdə müvafiq olaraq 3:0 və 3:1 hesablı qələbə qazanıb və növbəti mərhələyə vəsiqə qazanıb.

Hacı Əliyev 2016-cı ildə əsas yarışına Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində qatılıb. 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev birinci görüşdə Cənubi Koreya güləşçisi Yun Jun-Sik ilə qarşılaşıb. Həmin görüşdə Əliyev 12:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.

I Avropa Oyunlarında qazandığı bürünc medala görə 29 iyun 2015 "Tərəqqi" medalı təltif edilib. XXXI Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə 1 sentyabr 2016 "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib.

XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2014-cü ildə ailə həyatı quran Hacı Əliyevin 2015-ci ilin avqust ayında qızı Aişə dünyaya gəlib. Hacı Əliyev 2015-ci ildə Las-Veqasda baş tutan Dünya Çempionatında qazandığı çempionluğu məhz qızı Aişəyə həsr edib.

Hacı Əliyevin 2023-cü ildə birinci turniri fevralda Xorvatiyanın Zaqreb şəhərində baş tutacaq Zagreb Open beynəlxalq turniri olub.

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Avropa çempionatında qızıl medal qazanıb. O, 70 kq çəki dərəcəsində finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla da Hacı Əliyev karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb və Azərbaycan güləş tarixinə düşüb. O, Azərbaycanın 4 dəfə Avropa çempionu olan ilk sərbəst güləşçisidir.

Karyerası ərzində 48 beynəlxalq yarışa qatılan Hacı Əliyev onların 15-də qızıl medal, 10-da gümüş medal, 14-də isə bürünc medal qazanıb. 

Hacı Əliyev həmçinin Dövlət Sərhəd Xidmətinin zabitidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Aprel 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri