Icma.az
close
up
RU
Bu gün hər şey o romandakı kimi olacaq

Bu gün hər şey o romandakı kimi olacaq

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Ceyms Coysun "Uliss" romanının qəhrəmanı Leopold Blumun adıyla hər il Dublində qeyd edilən "Bloomsday” – “Blum günü"dür!

İyunun 16-da dünyanın bir çox ölkələrində Blum günü qeyd edilir.

Təbii ki, Blum günü ən təntənəli şəkildə yazıçının vətənində keçirilir.
Coyssevərlər romandan parçaların ictimai oxunuşunu təşkil edir, Blumun və onun dostu Stiven Dedalın Dublindəki "marşrutu" üzrə hərəkət edirlər.

Dublində hətta onların "azıb" marşrutdan yayınmaması üçün xüsusi lövhələr də var.
Bir çox ədəbiyyatsevərlər 100 il əvvəlin kostyumlarını geyirlər.
Romanda adı çəkilən yeməklərdən sifariş edirlər.

Məsələn, italyan pendiriylə buterbrod, qızardılmış qoyun böyrəyi, bir stəkan burqund şərabı... Blum günü 1954-cü ildən qeyd edilir.

***

Ceyms Coys 1882-ci ildə İrlandiyada doğulub, XX əsrin ilk on ili içində vətənindən ayrılıb və həyatının böyük hissəsini Avropada mühacir kimi yaşayıb, 1941-ci ildə İsveçredə ölüb. “Uliss” 1914-1921-ci illər arasında, Triyestina, Zürih və Parisdə yaradılıb. Kitab 1918-ci ildə hissə-hissə “Little Review”da çap olunmağa başlayıb.
“Uliss” bir günün, 1904-cü ilin cümə axşamına düşən 16 iyunun, həmin gün və ertəsi günün erkən saatlarında gəzən, maşınla gedən, oturan, danışan, xəyal quran, içki içən və silsilə şəkildə böyüklü-kiçikli fizioloji, fəlsəfi aktlardan keçən bir neçə xarakterin bir-birinə qarışan və bir-birindən ayrılan həyatlarındakı bir gününün təsviridir.
Coys niyə məhz bu günü – 1904-cü ilin 16 iyununu seçib? Coys gələcəkdə evlənəcəyi Nora Barnaklla həmin tarixdə qarşılaşıbmış.

“Uliss” üç əsas personajın ətrafında qurulmuş silsilə səhnələrdən ibarətdir. Bu personajlardan ən çox görünəni reklam sahəsində işləyən, daha dəqiq desək, reklam agenti Leopold Blumdur. Əvvəllər mürəkkəbqurudan kağız sataraq dəftərxana ləvazimatı işində olan Vizdom Helinin yanında işləyib, amma indi öz əli öz başıdır, reklam yığmağa çalışır, alındıra bilmir.

Coys ona macar-musəvi bir soy-kök bəxş edib. Digər iki personaj isə bunlardı: Coysun əvvəllər “Sənətçinin gənc adam olaraq portreti”ndə (1916) təsvir etdiyi Stiven Dedal və Marion Blum, yəni, Leopoldun arvadı Molly Blumdur. Bu üç hissəli tabloda Leopold Blum mərkəzi personajdırsa, Stiven ilə Molli də yan fiqurlardı: Kitab Stivenlə başlayıb Marion ilə bitir. Stiven Dedalın soyadı antik Kritin məşhur şəhəri Knossedəki labirintin əfsanəvi yaradıcısının adıdır – başqa şeylər icad etməklə yanaşı, özünə və oğlu İkara qanad düzəltmiş olan Dedal.

Stiven Dedal məktəb illərində yezuitlərin sərt intizamına məruz qalıb və indi bu təhsilə şiddətlə qarşı çıxır, amma mahiyyətcə metafizik xarakterli, iyirmi iki yaşlı Dublinli gənc müəllim, araşdırmaçı və şairdir.

Bir az dalğındır, sərxoş olanda belə ehkamçıdır, eqo-sentrik (mən-mərkəzçi) düşüncə adamı, qısa aforizm ustası, fiziki olaraq çəlimsiz və müqəddəslər qədər gigiyenadan uzaqdır (axırıncı dəfə oktyabrda çimib, indi isə iyundur).

O, iynəli sözləri olan və dəymədüşər bir cavandır – oxucu əsla onu tam şəkildə təsəvvür edə bilməz. O, sənətkar fantaziyasının yaratdığı isti varlıqdan çox, yazıçı zehninin əks olunmasıdır.
Tənqidçilər Stiveni Coysun cavanlığı ilə eyniləşdirməyə çalışırlar.

Şəfa tapmaq üçün monastıra gələn qızla sevişən rahib - Ömər Xəyyam Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır? Məscid Allahın evi deyil - Ömər Xəyyam
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 İyun 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri