Bu gün ilin son oyunları keçiriləcək Misli Premyer Liqası
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında ilin son oyunları keçiriləcək.
XVIII turda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.
Meydan sahibləri 14 xalla 8-ci, qonaqlar isə 26 xalla 5-ci sıradadır.
Son matçda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Matç 16:30-da başlayacaq.
Ağdam klubu 44 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi isə 39 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Səbail”i məğlub edib – 1:0. “Turan Tovuz” – “Neftçi” (1:1), “Kəpəz” – “Sumqayıt” oyunlarında isə heç-heçə qeydə alınıb.
Baxış sayı:97
Bu xəbər 22 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















