Icma.az
close
up
RU
Bu gün insan hüquqları yeni çağırışlarla üz üzədir

Bu gün insan hüquqları yeni çağırışlarla üz üzədir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


18 İyun - İnsan Hüquqları Günü
insan hüquqları sivilizasiyanın mənəvi meyarıdır
İnsan hüquqları müasir hüququn ən böyük nailiyyəti olmaqla yanaşı, onun ən böyük sınağıdır. Çünki insan hüquqlarının həqiqi dəyəri onların normativ mətnlərdə təsbit edilməsində deyil, insanın ləyaqətinin gündəlik həyatda nə dərəcədə qorunmasında ölçülür.
Hüquqi və fəlsəfi fikir tarixində insan hüquqları ideyası insanın özünüdəyər kimi qəbul edilməsinə söykənir. İnsan nə dövlət üçün, nə iqtisadi inkişaf üçün, nə də hər hansı ideoloji məqsəd üçün vasitə deyil. Əksinə, hüquq sisteminin özü insanın azad və ləyaqətli varlığını təmin etmək məqsədinə xidmət etməlidir. Bu səbəbdən insan hüquqları sadəcə hüquqi kateqoriya deyil, həm də sivilizasiyanın mənəvi meyarıdır.
Bəzən insan hüquqlarının sərhədlərinin müəyyən edilməsini onların məhdudlaşdırılması kimi təqdim edirlər. Halbuki hüquqi dövlət fəlsəfəsində hüququn sərhədi onun zəiflədilməsi deyil, qorunması vasitəsidir. İnsan hüquqlarının sərhədləri insan ləyaqətinin, ictimai təhlükəsizliyin, ədalətin və digər şəxslərin hüquqlarının müdafiəsinə xidmət etdiyi zaman legitim xarakter daşıyır. Hüquq və azadlıqların həqiqi mənası məhz bu balansın qorunmasında üzə çıxır.
Bu gün insan hüquqları yeni çağırışlarla üz-üzədir. Süni intellekt, rəqəmsal nəzarət texnologiyaları, şəxsi məlumatların qorunması, ekoloji təhlükəsizlik və gələcək nəsillərin maraqları insan hüquqları nəzəriyyəsinin qarşısında yeni suallar qoyur. Gələcəyin insan hüquqları gündəliyi yalnız dövlət-vətəndaş münasibətləri ilə deyil, insan-texnologiya münasibətləri ilə də müəyyən ediləcəkdir.
Azərbaycan üçün insan hüquqları məsələsi həm də tarixi ədalətin bərpası kontekstində xüsusi məna daşıyır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması uzun illər pozulmuş fundamental insan hüquqlarının bərpasına yönəlmiş mühüm hüquqi və humanitar missiyadır. Bununla yanaşı, insan hüquqlarının müdafiəsinin institusional mexanizmlərinin, hüquqi dövlət prinsiplərinin və insan hüquqları mədəniyyətinin daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində qalmalıdır.
İnsan hüquqları haqqında danışarkən əslində insan haqqında danışırıq. Hüququn gələcəyi də, dövlətin legitimliyi də, cəmiyyətin inkişafı da son nəticədə insanın ləyaqətinə verilən dəyərlə müəyyən olunur.
18 İyun – İnsan Hüquqları Günümüz mübarək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri