Bu gün Kannavaronu meydana buraxmağa utanardıq Canluici Buffon
Icma.az, Fanat saytına istinadən bildirir.
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon ölkəsinin millisini ənənəvi oyun üslubundan uzaqlaşdığı üçün tənqid edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"İtaliya millisi son 20 ildə kim olduğunu göstərməkdən utanıb. İspaniya yığması kimi oynamalı olduğumuzla bağlı təzyiqlər hiss etmişik. Tariximizdən, öz oyun üslubumuzdan imtina yaxşı sonluğa apara bilməz. Bu üzdən Fabio Kannavaro kimi istedadlar daha az yetişdi... Bu gün Kannavaronu meydana buraxmağa utanardıq! Corco Kyellini də bu gün oynamazdı, çünki o, ara ötürmələri verə bilmir!
Siz "Barselona"nı görürsünüz və onun oyunlarına bilet alırsınız. Amma İtaliyanın meydanın mərkəzində oyun ərzində yüksək müdafiədən istifadə etdiyini də unutmayaq... İtaliyanın tarixi oyun üslubu ölümünə müdafiə, rəqibin "sıxılması" və nəticəyə hədəflənmək üzərində qurulub. Amma indi biz özümüzə rahat olmayan tərzdə oynayırıq. Əks-halda, elit cəmiyyət bizi qəbul etməz. Meydana çıxmaq və qələbə naminə hər şey etmək lazımdır. Hərənin öz üslubu, öz bacarıqları var. Burada ayıb bir şey yoxdur".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















