Icma.az
close
up
RU
Bu gün kino günüdür FOTO

Bu gün kino günüdür FOTO

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan kinosunun yaranmasının 127-ci ildönümüdür.

Teleqraf xatırladır ki, Ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü elan edilib.

Azərbaycan kinosunun tarixi XIX əsrin sonlarına gedib çıxır. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi.

Həmin gün milli kinonun yaranma günü hesab olunur.

Sonrakı dövrlərdə – 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı ticarət evləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı.

Həmçinin 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin maddi dəstəyi ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olundu.

Bundan bir il sonra Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk kinokomediya çəkildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici ölkələrlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. Belə ki, 1918-ci ildə Kinematoqrafiya və teatr qulluqçuları şurası yaradıldı.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. 1924-cü ildə AFKİ ikiseriyalı “Qız qalası əfsanəsi” adlı bədii filmi hazırlandı. 1935-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyası, 1960-cı ildən isə Cəfər Cabbarlının adını daşıyan idarə onlarla film istehsal etdi. “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Böyük dayaq”, “Qorxma, mən səninləyəm”, “Sevil” kimi filmlər tamaşaçı sevgisini qazanaraq bu gün də klassika hesab olunur.

1960-80-ci illərdə Rasim Ocaqov, Tofiq Tağızadə, Həsən Seyidbəyli, Eldar Quliyev kimi görkəmli rejissorlar öz bədii üslubları ilə milli kino məktəbinin formalaşmasına töhfə verdilər.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə kino sənayesi bir çox çətinliklərlə üzləşdi. Belə ki, maddi-texniki baza zəiflədi, kinostudiyalar fəaliyyətini məhdudlaşdırdı. Amma bütün çətinliklərə baxmayaraq kinomuz bu sınaqdan çıxmağı bacardı.

1996-cı ildə Hüseyn Mehdiyevin “Özgə vaxt” filmi, I Beynəlxalq Madrid Kinofestivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı gənc aktrisa” nominasiyaların qalibi olub və “Qızıl Sibilla” və “Gümüş Sibilla” mükafatlarına layiq görüldü.

Həmçinin 1998-ci ildə Yavər Rzayevin “Sarı Gəlin” filmi Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis etdiyi “Azadlıq” mükafatını və Rusiyanın “Kinoşok” Festivalında “Ən yaxşı ssenari” nominasiyasının qalibi oldu.

Bu gün kino sahəsində çalışanlara Prezident İlham Əliyev tərəfindən ciddi diqqət ayrılıb.

Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Həmçinin Prezidentin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.

Xüsusi qeyd olunmalıdır ki, kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

2 avqust Azərbaycan Kino Günü – ekrana, yaradıcı insanlara, milli dəyərlərimizi dünyaya tanıdan hər bir rejissora, aktyora, operatora, montajçıya, ssenaristə ehtiram günüdür. Kino tarixdir, mədəni yaddaşdır, həm də xalqın özünü dünyaya tanıtma vasitəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Avqust 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri