Bu gün MDB Oyunlarında Azərbaycanın 14 boksçusu yarımfinal görüşünə çıxacaq
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Yevlax, 3 oktyabr, AZƏRTAC
Bu gün III MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal döyüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan millisinin 14 idmançısı final uğurunda mübarizə aparacaq.
Saat 12:00-dan etibarən start götürəcək qarşılaşmalarda idmançılarımız müxtəlif çəki dərəcələrində rəqibləri ilə üz-üzə gələcəklər.
Belə ki, Qardaş Rəhimov (46 kiloqram), Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Şahin Aslanov (60 kiloqram), Şikar Əliyev (75 kiloqram) və Səfər Məmmədzadə (+80 kiloqram) gündüz sessiyasında qüvvəsini sınayacaq.
Axşam seansında isə Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Əflatun İsmayev (57 kiloqram), Raul Heydərlı (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) yarımfinal görüşlərinə çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 03 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















