Bu gün “Medera Hospital”ın məhkəməsidir… Cərimələnə bilər
Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Binəqədi rayon Məhkəməsində “Medera Hospital”la bağlı işə baxılacaq.
Tribunainfo.az xəbər verir ki, sözügedən özəl klinikada aparılan yoxlama zamanı məlum olmuşdu ki, “Medera Hospital” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozur. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Medera Hospital”la bağlı iş hakim Aytəkin İbrahimovanın icraatındadır.
Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 04 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















