Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər

Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qanpulu işi" davam etdiriləcək.

Hakim qarşısına "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədova çıxarılıblar.

Son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

1 ilə yaxındır ki, davam edən məhkəmə araşdırmaları hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.

Bakupost.az "Müsavat"a istinadən xəbər verir ki, məhkəmədə Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi və Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın şahid qismində dindiriləcəkləri gözlənilir.

Hər iki şahid ötən prosesdə ifadə verməli idi.

Müttəhimlər məhkəmədə iştirak etməyiblər. Yağan güclü yağış Bakıda yolları keçilməz etdiyindən, tıxaclar yaranmışdı deyə dustaqların saxlanıldıqları istintaq təcridxanasından məhkəməyə gətirilmələri də əngəllənmişdi. Bu səbəbdən də proses təxirə salınmışdı.

Həkimlərin məhkəmədə dindirmələrini Aysel Məmmədova istəyirdi. O, vəsatətlə çıxış edərək Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi və Tarıyel Ömərovun şahid qismində dindirilməsini istəmişdi.

Aynur Bayramova isə Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova və mərkəzin o vaxtkı sabiq baş direktoru Valeh Hüseynovun şahid qismində dindirilməsi vəsatətilə çıxış edib. Məhkəmə hər iki vəsatəti təmin edib.

Aynur Bayramova həmçinin səhhətindəki problemlə bağlı əməliyyat olunacağını, bu səbəbdən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət vermişdi.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, müvəkkilinin hansı xəstəlikdən əziyyət çəkdiyi nəzərə çatdırılıb, onun ev dustaqlığına buraxılması gələcəkdə zərərçəkmişlərlə barışıq üçün də əsas ola bilər:

"Müdafiə etdiyim şəxs ev dustaqlığında olan zaman onun istintaqdan yayınması, zərərçəkmiş və şahidlərə təzyiq göstərməsi halı müəyyən edilməyib. Hazırkı mərhələdə də sübutlar saxtalaşdırılmır. Onun barəsində həbs qətimkan tədbirin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyirik".

Aynur Bayramovanın digər vəkili bildirib ki, həm müdafiə etdiyi şəxsin özü xəstədir, həm də evdə ağır xəstə olan yaxın adamı var:

"Zərərçəkmişlərə bunu izah etmək olar. Onlar da vəziyyəti anlayılşla qarşılayarlar. Xahiş edərik, müəyyən müddətə onun barəsində qətimkan tədbiri dəyişdirilsin, səhhəti ilə bağlı məsələ həll olunsun, sonra yenə tədbir görərsiniz".

Vəsatətə digər təqsirləndirilənlər Aysel Məmmədova və Nuridə Seyidova etiraz etməyiblər.

Zərərçəkmiş Mənsur Qarayev və digər zərərçəkmişlər isə məsələni məhkəmənin ixtiyarına verdiklərini deyiblər.

Dövlət ittihamçısı Fariz Rzayev də eyni mövqedən çıxış edib.

Qısa müşavirədən sonra vəsatət təmin edilməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin müalicəsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmayıb.

Daha sonra zərərçəkmiş Ramin Quliyev mülki iddia qaldırıb. Ona dəymiş 15 min dollar ziyanın Nuridə Seyidova və Aysel Məmmədovadan tutulması barədə qərar qəbul edilməsini istəyib. Məhkəmə mülki iddianı icraata qəbul edib.

Şahid Zaur Qədirovun sözlərinə görə, zərərçəkmiş yeznəsi Elnur Nuriyev və bacısı ilə birlikdə Aynur Bayramovanın qəbulunda olub:

"Bacımın uşağı xəstə idi, əməliyyat olunmalı idi. Birlikdə Aynur Bayramova ilə görüşdük".

Elnur Nuriyev övladının əməliyyat olunması üçün Aynur Bayramovaya 12 min dollar verib.

A.Bayramova isə bildirib ki, pulu onun yanında Nuridə Seyidovaya veriblər.

Daha sonra şahid qismində ifadə verən Ruslan Hacıyev deyib ki, övladı talassemiya xəstəsidir:

"Bacım dedi ki, gedək Aynur Bayramova ilə söhbət edək, onunla getdim. Aynur dedi ki, 17 min dollar verin, uşaq əməliyyat olunsun. Biz 10 min dollar verdik. Pulun verilməsində iştirak etməmişəm".

Prosesdə hazırda ölkədə olmayan digər zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələr elan olunub.

Onlardan biri bildirib ki, övladı xəstə olduğu zaman ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət edib və onun üçün pul yığılmağa başlanılıb. Müəyyən qədər məbləğ yığıldıqdan sonra Aynur Bayramova verilişə zəng edərək qalan 60 min dolları ödəyəcəyini söyləyib. Lakin Aynur və Nuridə zərərçəkəndən 20 min dollar alıb başqa xəstənin adına köçürüblər.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada heç bir donor yoxdur.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib, xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor əlaqə saxlayıb, nə də əməliyyat baş tutub.

Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri