Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 26 sentyabr, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Açılış matçında "Zirə" "İmişli" ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda üz-üžə gələcək. Oyun saat 15:30-da başlayacaq.
"Qartallar" 11 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 7 xalla 7-ci yerdədir.
Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma "Azərsun Arena"da, saat 19:00-da start götürəcək.
Bir oyun az keçirən Ağdam klubu 7 xalla 5-ci, "qırmızı-qaralar" isə 4 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sentyabrın 28-də yekun vurulacaq.

Bu gün Misli Premyer Liqasında növbəti tura start veriləcək
22 Noyabr 2024 10:33
Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək
18 Aprel 2025 10:24
Bu gün Misli Premyer Liqasında növbəti tura start veriləcək AZƏRTAC
22 Noyabr 2024 10:24
Misli Premyer Liqasında V tura start verilir
19 Sentyabr 2025 09:18
Misli Premyer Liqasında VI turun hakimləri bəlli olub
24 Sentyabr 2025 10:16

