Icma.az
close
up
RU
Bu gün Murad Dadaşovun 47 yaşı tamam olur

Bu gün Murad Dadaşovun 47 yaşı tamam olur

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bu gün Xalq artisti, tanınmış teleaparıcı, "M Group Production" şirkətinin və Xəzər TV-nin prezidenti Murad Dadaşovun 47 yaşı tamam olur.

Murad Dadaşov 1978-ci il dekabrın 21-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Dadaşov Əli Mürsəl oğlu ixtisasca nəqliyyat işçisidir. Anası Əliyeva Tamilla Abuzər qızı fortepiano müəllimidir. Murad Dadaşov 1985-1995-ci illərdə Bakıda 160 saylı orta məktəbdə təhsil alıb.

"20-ci əsrin çempionları" titulunun sahiblərindən biri olan Dadaşovun "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı məktəb illərindən başlayıb.

O, 1993-cü ilin dekabrında peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "20-ci əsrin çempionları" tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi.

O, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində oxuyub, ixtisasca psixoloqdur. Universitetdə təhsil aldığı müddətdə Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində də çalışıb.

90-cı illərin ortalarından etibarən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-nın digər üzvü Cabir İmanov ilə bərabər "Bir cənub şəhərində" adlı layihə hazırlayıb.

90-cı illərin sonlarında isə "Space" televiziyasında "Road Master" adlı layihənin aparıcısı olub. 2002-ci ilin yanvar-oktyabr aylarında "ANS" Müstəqil Yayım və Media Şirkətində baş prodüser vəzifəsində çalışıb.

Həmin dövrdə kanalda yayımlanan "Yeriniz Məlum" adlı gündəlik şou proqramın həm müəllifi, həm də aparıcısı olub.

2003-cü ilin fevralında sahibi olduğu MGP (M Group Production) şirkətini yaradıb.

Elə həmin ildə "Lider" televiziyasında MGP (M Group Production) şirkətinin ilk layihəsi olan "Mərc şou", 2005-ci ildə isə həmin telekanalda "Maşın" realiti şousunun aparıcısı olub.

2008-2010-cu illərdə "Lider" kanalında Baş prodüser vəzifəsini icra edib. 2010-cu ildən bu günə qədər MGP (M Group Production) şirkətinin Prezidentidir.

Murad Dadaşov 2015-ci il Bakıda keçirilən Birinci Avropa Oyunlarının ulduz səfiri olub.

O, 2004-2011-ci illərdə Azad Azərbaycan (ATV) telekanalında "Yeni Ulduz" musiqi yarışması, 2008-ci ildə Soçi şəhərində keçirilən "Beş ulduz. İntervidenie 2008" (Пять звезд. Интервидение 2008) mahnı müsabiqəsi, 2014-cü il İctimai televiziyada "Böyük Səhnə" vokal şousu və 2015-ci il Azad Azərbaycan ( ATV) telekanalında yayımlanan "Özünü Tanıt"( Got Talent) istedad müsabiqəsinin münsiflər heyyəti qismində çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli sərəncamına əsasən "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" Murad Dadaşov Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Əməkdar artisti, görkəmli tarzən Əhsən Dadaşov Murad Dadaşovun atasının əmisidir. Murad Dadaşov ölkənin ictimai-siysai, mədəni həyatında da yaxından iştirak edir. O, 2020-ci ildən Xəzər TV-nin prezidentidir. Murad Dadaşov 2001-ci ildə Aytən Əliyeva ilə ailə həyatı qurub. Aytən xanım ixtisasca şərqşünasdır. Cütlüyün Kamal, Əli, Ziya adlı üç övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri