Icma.az
close
up
RU
Bu gün onlar da Qarabağı tərk etdi Heç kimin demədiyi “dördüncü təklif”

Bu gün onlar da Qarabağı tərk etdi Heç kimin demədiyi “dördüncü təklif”

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bu gün rəsmən ləğv edilən ATƏT-in Minsk Qrupu Azərbaycan tarixində Qarabağın işğalının legitimləşdirilməsinə çalışan qurum kimi qaldı. Belə ki, bu qurum 26 illik fəaliyyəti dövründə işğal status-kvosunun saxlanmasına çalışdı. MQ keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə variant təklif etsə də, onlardan 3-ü geniş müzakirə olunmuşdu.

Globalinfo.az xatırlatma üçün həmin 3 variantı təqdim edir:

Birinci təklif

Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket həlli” idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsini nəzərdə tuturdu.

İkinci təklif

Həmçinin oxuyun:

İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli həlli”ndən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu. Yəni əvvəlcə 5 rayon azad edilir, regiona sülhməramlılar gəlir, ardınca 2 rayon – Laçın və Kəlbəcər də təhvil verilir (keçmiş Laçın yolu istisna olmaqla). Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyən edilir.

Üçüncü təklif

1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Bu absurd təklifə görə, “Dağlıq Qarabağ respublika formasında dövlət və ərazi qurumu olur və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində onunla ümumi dövlət yaradır”. Lakin bu təklif Azərbaycan mərhum prezidenti, Ümummilli lider Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilir.

“Dördüncü təklif”

26 il ərzində saysız-hesabsız danışıqlara, müzakirələrə, qanlı döyüşlərə, ağlasığmaz təkliflərə baxmayaraq, Azərbaycan işğalla və ona diktə edilən mənfur təkliflərlə razılaşmadı. Dünyanın bu məsələdə birmənalı şəkildə bizə qarşı olduğu dövrdə Azərbaycan gücləndi, iqtisadi dayaqlarını möhkəmlətdi, ordusunu müasirləşdirdi. Tarixi an yetişdikdə Ali Baş Komandan İlham Əliyev xalqın və özünün Qarabağla bağlı təklifini – hərb yolunu dəyərləndirdi. Bu, keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı “dördüncü təklif” idi. Hansı ki, digər 3 təklifin 26 il ərazində həll edə bilmədiyini 44 gün ərzində etdi. Bu gün keçmiş Qarabağ münaqişəsinin sonuncu qalığı – ATƏT-in Minsk Qrupu tarixin dərinliklərinə bir daha çıxarılmamaq şərti ilə atılır. Bu həm də 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının ürəyində ağrı kimi qalan Qarabağ münaqişəsinin tam və mütləq qələbə ilə baş çatması deməkdir.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri