Bu gün Polad Həşimovla Natiq Qasımovun doğum günləridir
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın Milli Qəhrəmanları, şəhid general-mayor Polad Həşimovun və Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun doğum günüdür.
“Qafqazinfo”nun məlumatına görə, Polad Həşimov 1975-ci ilin yanvarın 2-si Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.
O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.
Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
General-mayor Polad Həşimov 2020-ci ildə iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
İyulun 14-də onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.
Qeyd edək ki, Polad Həşimov Ofeliya Salmanova ilə evli olub. Onun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.
Natiq Qasımov isə 1971-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub.
O, 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun sonrakı taleyi barədə dəqiq məlumatlar olmasa da, erməni terrorçular tərəfindən amansızlıqla qətlə yetirildiyi bildirilir.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayon Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsindəki mövqedə 5 gün təkbaşına erməni terrorçulara müqavimət göstərərək yüksəkliyi onlara verməyib.
Gülləsi bitdikdən sonra əsir düşən Natiqin qəhrəmanlığı sonradan xarici jurnalistlər tərəfindən işıqlandırılıb və onun barəsində filmlər çəkilib.
Prezident İlham Əliyevin 2024-cü ilin iyunun 2-də imzaladığı Sərəncamla Natiq Qasımova Milli Qəhrəman adı verilib.






Baxış sayı:47
Bu xəbər 02 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















