Bu gün Ramiz Mehdiyevin məhkəmə istintaqı başlanacaq
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun bu gün məhkəmə istintaqı başlayır.
"Bakupost" xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Hakimlər heyətinin tərkibində Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.
Bu gün keçirilən iclasda dövlət ittihamçısının ittiham aktını açıqlayacağı, təqsirləndirilən şəxslərin ifadəsinin başlanacağı gpzlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyev və onun köməkçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Oktyabr 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















