Icma.az
close
up
RU
Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qoç - aktivlik, pozitiv yaşam mövqeyi işlərinizdə irəliləyişlərin rəhni olacaq. Yenilikləri əxz edin, peşəkar fəaliyyət müstəvisində nailiyyətlərə can atın. Təcrübə əldə etməyə çalışın.

Addımlarınızı təhlil edin, nöqsanlarınızı anlamağa çalışın. Əks təqdirdə sizə sərt irad tutanlar olacaq.

Günün ikinci yarısında bahalı texnika və ya qacet almayın. Aldığınız əşya sizi məmnun etməyəcək.

Axşam saatlarında yaxınlarınızla təmaslarla qarşılıqlı etimad və sayğı böyük önəm daşıyır. Situasiyaları yanlış dəyərləndirməyin. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun.

Buğa - bu gün bütün planlar və arzularınızın reallaşacağını düşünməyin. Yaxın ətrafınızdakı insanların problemlərini həll etmək, yaranmaqda olan münaqişələrin qarşısını almaq, işdə və ya təhsildəki çətinlikləri aradan qaldırmalı olacaqsınız. İnadkar və qətiyyətli olsanız, irəliləyəcəksiniz.

Günün ikinci yarısında tərəfdaşınız müstəqillik fikrinə düşə bilər. Mübahisələrdə emosional olmayın.

Ailədəki situasiyanın nəzarətdən çıxmasına imkan verməyin. Qıcıqlı davranmayın, qarşı tərəfin fikirlərini soyuqqanlı şəkildə dinləyin. Kompromisə meylli olun. Yaradıcılıq üçün axşam saatları münasibdir.

Əkizlər - passivlik etməyin, süstlüyə qapılmayın. Yaxın gələcəkdəki maddi rifahınızı düşünün. Yaxın ətrafınızdakı kiçik mübahisələr və anlaşılmazlıqlara rəğmən tövrünüzü pozmayın. Əmək məhsuldarlığınız yüksək olmalıdır.

Günün ikinci yarısında emosiyalarınıza nəzarət edin. Sizi təbdən çıxarmağa çalışacaqlar.

Ailə üzvlərinin tapşırıqlarının hamısını yerinə yetirmək, nəyisə yaddan çıxarmaq asan deyil. Evdəkilərlə mübahisə etməyin. Sadəcə, səhvinizi etiraf edin.

Axşam saatlarını səhhətinizə həsr edin.

Xərçəng - məsuliyyətli və intizamlı olsanız, məqsədə çata bilərsiz. Tapşırıqlara pis yanaşıbsınızsa, tənqid və iradlar gecikməyəcək. Yaxın ətrafınızdakı insanlardan biri haqqınızda şayiələr yayır.

Alış-verişi, uzunmüddətli səfəri təxirə salın. Yolda diqqətli davranın.

Günün ikinci yarısında yaxınlarla təmaslarda inadkarlıqla tənqidə dözümsüzlük sizə qarşı olacaq. Ailə üzvlərini anlamağa çalışın. Emosional "partlayış"lara yol verməyin.

Şir - inadkar, cəsur, qətiyyətli olun. Sizə önəm verən insanların qədrini bilin. Tam, total azadlıq olmadığı üçün xam xəyallara düşməyin.

Özünüzə inamınız itməsin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla maliyyə məsələlərinə görə mübahisə etməyin. Aldanmaq, fırıldaq qurbanı olmaq istəmirsinizsə, yaxşı bələd olmadığınız insanlara işləri həvalə etməyin.

Ailədə münaqişəli vəziyyət yaranır. Bunun səbəbi rutin davranış çərçivələrindən kənara çıxmaq istəyinizdir.

Axşam saatlarında gəzintiyə çıxın. Pəhriz saxlayın. Rasiona nəzarət edin.

Qız - işlərdə aktivlik üçün əlverişli zamandır. Yalnız öz qüvvənizə bel bağlayın. Kommersiya və ya bizneslə məşğulsunuzsa, yeni taktika, strategiya barədə düşünün.

Ticarət sahəsində anlaşma, müqavilə zamanı deyil. Sərmayə və ya alış-verişi təxirə salın.

Günün ikinci yarısında xırda detal, nəzərə çarpmayan ünsür işlərə maneələr yarada bilər.

Yaxınlarınızla münasibətlərdə möcüzə olmayacaq. Onlar işlərin çoxunu sizə "həvalə" etməyə çalışacaqlar.

Subaysınızsa, düşüncə tərziniz, ünsiyyət çevrəniz və ya yaşam modelində dəyişikliklərə başlayın.

Tərəzi - yaşanan situasiya və ətrafınızdakı insanları sərt təhlil etməyin. İnsanların reaksiyaları adekvat olmaya bilər. Bütün diqqətinizi peşəkar fəaliyyət sahəsinə yönəldin. Maliyyə məsələlərini həll etməyə çalışın.

Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Aldığınız əşyalar sizə uzun müddət xidmət etməyəcək.

Yaxınlarınızla təmaslarda tələsik qərar verməyin. Onların atdıqları addımların motivlərini və səbəblərini anlamağa can atın. Zərərli vərdişlərlə mübarizəyə başlayın.

Əqrəb - etibarlı tərəfdaş və ya yardımçı tapa bilərsiniz. Əlaqələri inkişaf etdirin, yeni təmaslar yaradın. Qətiyyət və əzm gərəkli nəticə verəcək. Fəaliyyətinizi optimallaşdırın. Yeni biliklər və bacarıqlar əxz etməyə çalışın.

Günün ikinci yarısında çox pul xərcləməyin. Borc almayın.

Sevdiyiniz insanla münasibətlərə qısqanclıq kölgə salmasın. Fərdiyyətçilik, inadkarlıq, müxtəlif komplekslər ailədəki rəvan ab-havanı poza bilər. Qıcıqlı və aqressiv olmayın.

Axşam saatlarında enerjinizi fiziki işlərə yönəldin.

Oxatan - ifrat emosional davranmasanız, maraqlı ideyalar və təşəbbüslərlə tanış olacaqsınız. Hisslərinizə nəzarət edin. Çılğınlıq səhvlərə və işlərdə ləngimələrə səbəb olmamalıdır.

Günün ikinci yarısı planları reallaşdırmaq üçün əlverişli zamandır.

Xatirələrə dalsanız, əhvalınız pozula bilər. Ailə üzvləriniz bu qəmin səbəbini anlamayacaq, belə vəziyyətinizdə özlərini suçlu sayacaqlar. Hisslərinizə hakim olun, vəziyyəti ailə üzvlərinə anladın.

Oğlaq - bu gün üçün nəzərdə tutulan işləri uğurla başa vura bilərsiniz. Kiçik uğursuzluqlar sizi ruhdan salmasın. Emosional, bədgüman olmayın. Özünüzə inanın, maneələri dəf edərək məqsədə doğru irəliləyin.

Günün ikinci yarısında yaradıclıqla məşğul olmaq, təhsildə uğurlara nail olmaq mümkündür.

Yaxınlarla təmaslar üçün yaxşı zamandır. Laqeyd olsanız, yaxşı şansları əldən verə bilərsiniz. Bir qədlər kompromislərə meylli olun. Ailə üzvlərinin müstəqil qərar qəbul etmələrinə maneələr yaratmayın.

Axşam saatları romantik görüşlər üçün yaxşıdır.

Dolça - bütün diqqəti adi, rutin işlərin görülməsinə yönəldin. Yeni layihə, uzunmüddətli əməkdaşlıq barədə anlaşmanın imzalanması və ya sərmayə üçün münasib zaman deyil.

Maliyyə məsələlərində pullar yarana bilər. Bank kartınızı itirməyin.

Günün ikinci yarısında situasiyanı təhlil edərək inkişafla irəliləyişin qarşısını alan amilləri aşkarlayın.

Yaxınlarınızla təmaslarda laqeyd və eqoist olmayın. Şəraitin diqtə etdiyi ünsürləri qulaqardına vurmayın. Əks təqdirdə ailənizdə münaqişə yarana bilər.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar - yaxın gələcəklə bağlı strateji planlar qurun. Fəqət işgüzar fəaliyyət sahəsində ciddi irəliləyişlərə nail olacağınızı düşünməyin. Geniş miqyaslı layihəni ertələyin.

İşdə həmkarlarla problemlər ola bilər. Həmkarlar və ya dövlət qurumlarının nümayəndələri ilə mübahisə etməyin.

Yaxşı tanımadığınız insanla təmas üçün əlverişli zaman deyil.

Dəyər verdiyiniz insanları işləriniz və gələcək perspektivlərinizlə maraqlandırın. Qarderobu yeniləmək olar. Köhnə, gərəksiz əşyaları atın. Yenilənmə üçün yer hazırlayın.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri