Icma.az
close
up
RU
Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Qoç - başladığınız işlərdə qazana biləcəyiniz uğurlar yaxın ətrafınızdakı insanlara təsir səviyyəsindən asılıdır. Dostlarla tanışların dəstəyini alsanız, bütün sədləri asanlıqla dəf edə biləcəksiniz. Həmfikirlər tapın. Seçdiyiniz yolun səhihliyinə onları inandırın.

Günün ikinci yarısında işlərə görə məsuliyyət daşımalısınız. Münasibətlərdə eqoizmə yol verməyin.

Axşam saatlarını qonaq qəbuluna, dostlarla görüşə həsr edin. Şayiələrdən, yaxınlarınızı tənqid etməkdən uzaq olun. Subaysınızsa, taleyinizdə yeniliklər ola bilər.

Buğa - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.

Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.

Əkizlər - ətrafınızdakı insanlarla təmaslarda intuisiyaya güvənin. Daxili səsiniz sizə konkret insanla davranışın yollarından xəbər verəcək. Yeni biliklər və məlumatların alınması, təcrübənin əxz olunması prosesində maneələr yarana bilər.

Günün ikinci yarısında mühüm məqamı nəzərdən qaçırmayın. Fiziki təmrinlərdə xeyir var.

Axşam saatlarında yaxşı bələd olmadığınız insanların məclisinə qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə səmimilik bədbinlikdən qurtara bilər.

Xərçəng - çox qərarları müstəqil qəbul etməlisiniz. Məsləhət almağa vaxt qalmır. Situasiya sizi təlaşlandırmasın. Belədə müstəqil və effektiv davranmağı öyrənəcəksiniz. Mövqelərinizi möhkəmləndirin.

Günün ikinci yarısında fikrinizi bildirməzdən əvvəl deyəcəyiniz sözlərə diqqət edin. Sirr saxladığınız məqam faş olacaq.

Axşam saatlarında yaxınlarınız və dostlarınızla birlikdə olun. Məişət məqamlarını nəzarətdə saxlayın. Unutqanlığınız ailə üzvlərinizi qıcıqlandıra bilər.

Şir - aktiv və enerjili olun. Yeni işlərə başlamaqla yanaşı, yarımçıq qalmış işləri də bitirin. Bu yaxınlarda yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq gərəkdir. Situasiya çətin deyil. Sadəcə, seçdiyiniz metodun düzgün olduğunu yəqinləşdirin.

Günün ikinci yarısında bütün sirlərinizi faş edərək uğurlarınızla qürrələnməyin. Nailiyyətləriniz heç də hamını sevindirmir.

Axşam saatlarını gəzintiyə, yaxud da yaxınlarınızla birgə istirahətə sərf edin.

Görüş üçün əlverişli zaman deyil.

Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.

Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.

Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.

Tərəzi - qayğaları unutmasanız da, onların bəzisinin çözümünü ertələyin. Həllini tələb edən işlə məşğul olun və diqqəti əsas məsələyə yönəldin. İnkişaf edin, sosial yaşamdakı mövqelərinizi gücləndirin. Yardım gözləyən insana kömək edin.

Yolda ehtiyatlı olun.

Günün ikinci yarısında inadkarlıq, mövqelərdən zərrə qədər geri çəkilməmək, dəyişməməkdə israrlı olmaq sevdiyiniz insanla münasibətlərinizə zərbə vura bilər.

Anlayın ki, adi, ənənəvi davranış modeli problemlərin həlli deyil.

Əqrəb - cari problemləri həll etmək üçün imkanlar, əlaqələr və təmaslardan yararlanın. Şübhələrə qapılmayın, qərarları vaxtında və sürətlə qəbul edin.

Belədə istənilən ağır situsiyadan uğurla çıxa bilərsiniz.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan bəziləri sizə aşkar şəkildə paxıllıq edəcəklər. Saatlar keçdikcə günün olayları sizi yoracaq.

Yaxınlarınızdan biri mübahisəsində hakimlik etmək üçün sizə müraciət edəcək, anlaşılmazlığın həllində yardım istəyəcək. Pis məqam deyil, amma təşəxxüsə qapılmayın. Üstəlik, qərarlarınıza görə məsuliyyətə hazırlaşın.

Oxatan - tərəfdaş və şəriklərlə normal münasibətlər işlərin görülməsində karınıza gələcək. Yaxınlarınız mövqelərinizi dəstəkləyəcək, öz üzərilərinə əlavə öhdəliklər götürərək yardım edəcəklər. Situasiya spontan inkişaf edəcək.

Günün ikinci yarısında planlarda dəyişikliklər, mühüm qərarların ertələnməsi zərurəti yaranacaq.

Astagəllik və hər məqamı ən kiçik xırdalıqlara, təfərrüatlaradək götür-qoy etmək istəyi yaxınlarınızı qıcıqlandıra bilər. Emosiyalara uymayın, hər sözə inanmayın. Məntiqli, soyuqqanlı olun.

Oğlaq - yaxınlarınızın diqqət mərkəzində olmağınız pis deyil. Amma mövqeyinizdən narazı qalan və sizə paxıllıq edən insanlar situasiyanı gərginləşdirə bilərlər. Kompromislərə hazır olun. Əks təqdirdə düşmənlərlə rəqiblərin sayını artıra bilərsiniz.

Günün ikinci yarısında vəziyyətdən baş açmaq, ətrafınızdakı insanların hərəkətlərini anlamaq çətinləşir. Onların barəsində tələsik nə isə deməkdənsə ilk əvvəl hadisələri müşahidə edin.

Məişət problemləri və ailə qayğıları dəyər verdiyiniz insanlarla sərt danışığa səbəb olmamalıdır.

Dolça - emosionallıq və tələsik qərarlar günün ilk yarısında işlərin gedişatına ciddi maneələr yarada bilər. Uğurlar sərfəli imkanlardan formalaşmaqla yanaşı, bu imkanlardan yararlanmağın üsul və vasitələrindən asılıdır. Nəyin fayda, nəyin zərər verəcəyini əvvəlcədən müəyyənləşdirmək asan deyil.

Günün ikinci yarısında rəqabət güclənəcək.

Axşam saatlarında mühüm işləri ertələyin, yaxınlarınızla birlikdə istirahət edin. Çalışmağa davam etsəniz, yorulacaq, stress yaşayacaqsınız.

Balıqlar - maliyyə məsələləri və bank əməliyyatlarında mənasız risklər etməyin. Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizi açıq söhbətə təşviq etmək istəyir. Sayıq olun, sirlərinizi faş etməyin.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri məişət probleminin həllində və ya mübahisəli vəziyyətin çözülməsində yardım istəyəcək. Tələsməyin. Soyuqqanlı və məntiqi qərar verin.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Dekabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see354

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see337

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see333

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see266

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see265

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see248

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see247

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see241

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see236

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see234

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see231

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see230

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see229

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see218

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see201

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see191

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see173

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see172

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri