Icma.az
close
up
RU
Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Qoç - günün ilk yarısında ehtiyatlı olun. Nəzərdə tutduğunuz görüşdə diqqətli davranın, qarşı tərəfin mövqeyini nəzərə alın. İşdə irəliləyiş və karyera yüksəlişi üçün münasib zamandır. Fəqət illüziyalara qapılmayın. Emosional davransanız, problemlərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısı peşəkar fəaliyyət və maliyyə məsələləri baxımından pis zaman deyil. İşgüzar intuisiyanız iti olsun. Alış-veriş etmək olar. Bədxərclik etməyin. Əməkdaşlıqla bağlı anlaşmaları müzakirə edəndə sayıqlığı əldən verməyin.

Buğa - münaqişələrdən yan qaçmağa çalışın. Sizi təxribatlara çəkməyə çalışacaqlar. Hisslərə qapılaraq düşünülməmiş addımlar atmayın. Həmkarlarla yanaşı, yaxınlarınızla rəvan münasibətləri qorumağı unutmayın. Üzləşdiyiniz problemi müstəqil çözsəniz, yaxşıdır.

Günün ikinci yarısında yardımçılara və tərəfdaşlara güvənməyin. Onlar, gerçəkdən də, faydalı işlər görmək əvəzinə diqqətinizi yayındıracaqlar. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.

Axşam saatlarında qəfil görüş ola bilər. Əyləncə və ya istirahəti işə qurban vermək məcburiyyətində qalacaqsınız. Sakit, təmkinli olun. Dincəlməyə, şənlənməyə hələ çox imkanlar yaranacaq.

Əkizlər - tələsməyin. Bu gün qarşılaşacağınız problemlərin hamısını həll etmək mümkün deyil. Peşəkar fəaliyyət müstəvisində uğurlara nail olmaq fikriniz varsa, qətiyyətli olun, təxəyyülünüzü işə salın.

Çoxdankı rəqibləri üstələmək üçün bir qədər hiyləgərlik edin. Fəndgir olun.

Günün ikinci yarısında məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan birindən maraqlı işgüzar təklif alacaqsınız.

Şəxsi münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla asanlıqla dil tapacaqsınız. Sevdiyiniz insan xoş sürprizlə sizi sevindirəcək.

Xərçəng - sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.

Müstəqil fəaliyyət göstərməyə çalışın.

Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.

Şir - parlaq, yaddaqalan gün olacaq. Amma asan və sadə zaman da deyil. Güclü rəqiblə mübarizə maraqlarınızı müdafiə edin. İtkilərə yol verməmək üçün hiyləgər olun. Hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız.

Günün ikinci yarısında fəal olun, bədxahların planlarını alt-üst edin. Qeyri-adi, emosional saatlardır. Birmənalı olmayan açıqlamanı diqqətlə dinləyin. Şəxsi münasibətlərdəki harmoniyanı bərpə etmək üçün xeyli çalışmalı olacaqsınız.

Qız - fəaliyyət üçün yaxşı zamandır. Genişmiqyaslı, mürəkkəb, məsul işlərə başlaya bilərsiniz. İndiyədək start verməkdən çəkindiyiniz layihəni reallaşdırın.

Fəaliyyət planını tənzimləyin. Ən kiçik məsələlərdə belə, diqqətli olun. Prioritetləri müəyyənləşdirin, müttəfiqləri dürüst seçin. Hər şeyə rəğmən problemlərin sayı artacaq.

Günün ikinci yarısında görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin. Əks halda nasazlıq işlərinizə pəl vura bilər.

Nəzərdə tutulmamış səfər, mühüm xəbərin alınması istisna deyil. Şəxsi həyatınızda dəyişikliklər olacaq.

Tərəzi - uğurlu zamandır. Situasiyadan istifadə edin. Planları gerçəkləşdirmək, məqsədə çatmaq üçün şəraitdəki nüansları dəyərləndirməyi bacarın. Mümkün qədər ehtiyatlı olun. Risk etməyin, avantüralara qatılmayın. Yanlış qərarlar verməyin.

Günün ikinci yarısında maliyyə işlərində qayda yaradın. Qarışıqlığa yol verməyin.

Dəvət olunduğunuz tədbirə axşam saatlarında yayının. Yeni tanışlıq, habelə indiyədək haqqında yaxşı sözlər eşitdiyiniz insanla qarşılaşmağınız istisna deyil.

Xarici görkəminizə fikir verin.

Əqrəb - məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.

Günün ikinci yarısında maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin.

Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.

Oxatan - yeni işə başlamaq olar. Lakin tələsməyin. Səhər saatlarından etibarən mühüm problemin çözülməsi üçün radikal addımlar atmayın. Günün ilk yarısı gərgin, hadisələrlə zəngin vaxtdır. Sərvaxt davranın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Ciddi uğurlara nail ola bilərsiniz.

Yaxınlarınız sizi dəstəkləyəcək. Bəzi ideyalarınız qohumlar və dostlara şübhəli təsir bağışlasa da, onlar sizə kömək edəcəklər.

Alış-veriş etmək olar.

Oğlaq - mürəkkəb, qarışıq, hadisələrin intensiv yaşanacağı bir zamandır. Yeni biliklər, faydalı əlaqələr əldə edə bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Situasiya sizi yora bilər. Yaxın ətrafınızdakı insanlar sizin imkanlarınızı qismən də olsa, anlayacaqlar.

Günün ikinci yarısında maraqlı işgüzar təklif alacaqsınız.

Ağır, yeknəsək, üzücü və yorucu işdən imtina edin. Belə işə razılaşsanız, əhvalınız pozulacaq, səhhətinizdə problemlər yaranacaq.

Axşam saatları yaradıcı fəaliyyət üçün əlverişlidir.

Dolça - bütün işlərin görülməsinə eyni vaxtda başlamayın. Yığılıb qalan problemləri tədricən həll edin. Ehtiyatla, aramla, tələsikliyə yol vermədən irəliləyin. Təxribatlara uymayın, vədlərə inanmayın. Qərarları müstəqil şəkildə qəbul edin. Yalnız öz maraqlarını düşünən insanların sözlərinə şirnikməyin.

Günün ikinci yarısında mövqeyinizi qoruyun. Geri çəkilmək, məğlubiyyətçilik etmək yaxşı heç nə vəd etmir.

Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanla münasibətləri fəallaşdırmaq üçün ilk addımı atın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Balıqlar - vurnuxmaya qatılmayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Yaxınlarınız işlərinin bir qismini sizə yük etmək istəyəcəklər. Sizə birbaşa dəxli olmayan diskussiyalara qatılmayın. Maraqlı saymadığınız məsələlərin həllinə başlamayın.

Günün ikinci yarısında tamahınızın öhdəsindən gəlin. Yaşlı nəslin nümayəndələrindən biri ilə təmaslarda çətinliklər yaranacaq. Ciddi münaqişəyə yol verməyin, kiçik mübahisələri unudun. Alış-verişdə çox pul xərcləməyin. Yanlış seçim riski böyükdür.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Noyabr 2024 00:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri