Bu gün Sumqayıtda partlayış baş verən iki ərazidən FOTOREPORTAJ
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün səhər saatlarında Sumqayıt şəhərində iki partlayış hadisəsi baş verib.
İlk hadisə şəhərin 13-cü mikrorayonda mənzildə qeydə alınıb. Partlayış hadisəsi nəticəsində altı nəfər xəsarət alıb.
Beşmərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra təhlükəsizliyin təmin olunması məqsədilə bina sakinləri təxliyə ediliblər.
Digər hadisə isə Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində qeydə alınıb. Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından iki nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Partlayış zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilib.
PhotoStock.Az hadisələrin baş verdiyi hər iki ərazidən fotoreportaj hazırlayıb.
Sumqayıt şəhəri 13 mikrorayonda partlayış baş verən ərazi:
Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində partlayış baş verən ərazi:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















