Bu gün Türk Dövlətləri Təşkilatının 16 yaşı tamam olur
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Türk Dünyasını birləşdirən və əməkdaşlığı artıran Türk Dövlətləri Təşkilatının (TDT) 16 yaşı tamam olur.
Missiya.Az xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan 2009-cu il Naxçıvan Razılaşmasının imzalanmasından etibarən 3 oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir.
Naxçıvan müqaviləsi IX Türkdilli ölkələrin Dövlət Rəhbərləri Zirvəsində iştirakçı dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanıb.
Qeyd edək ki, yarandığı gündən bəri dövlət başçıları səviyyəsində 11 sammitə ev sahibliyi edən TDT oktyabrın 7-də 12-ci sammitini keçirməyə hazırlaşır.
Daşqın Həsənov
Missiya.Az

