Icma.az
close
up
RU
Bu gün uduruq, sabah isə…

Bu gün uduruq, sabah isə…

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Dünən “Neftçi” U-13 komandası “Paxtakor”lu həmyaşıdlarını qəbul etdi. Yoldaşlıq oyunu Özbəkistan təmsilçisinin Bakı turnesi çərçivəsində keçirilirdi.

Özbəkistan futbolunun “flaqmanı” sayılan “Paxtakor” indi də millinin əsasını təşkil edən klubdur. Millinin son çağırışında 7 futbolçusu dəvət olunmuşdu.

SSRİ çempionatında da “Neftçi” ilə “Paxtakor” çox qarşılaşıb, nisbi üstünlük təmsilçimizdə olsa da, aralarında maraqlı rəqabət olub.

***

Oyun “Neftçi” üçün pis başladı. Ancaq 0:2 geriyə düşən Rəşad Məmmədovun yetirmələri ilk hissədəcə möhtəşəm geridönüş edərək hesabı 5:2 öz xeyrinə çevirə bildi. İkinci hissədə də dominantlığı əldə saxlayan “Neftçi”nin 13 yaşlıları daha bir qol vuraraq 6:2 hesablı qələbə qazandı.

Xarakter, əzmkarlıq, yüksək oyun sürəti, intensivlik və fərdi futbolçu bacarıqları – uşaq futbolunda vacib olan bu keyfiyyətlərin hamısında rəqibi üstələyən təmsilçimizin heyətində dünyaya, Avropaya çıxarılacaq səviyyədə pöhrələr var – oyunun videosundan görə bilərsiniz. Ancaq di gəl, 15-16-17 yaşda o istedadların 99 faizi müxtəlif səbəblərdən bu sahədən getməli olur.

Dəfələrlə qeyd edilib, Azərbaycanda istedadlı futbolçu problemi yoxdur. Problem sistemdədir, yetişdirmə prosesi peşəkar və müntəzəm deyil.

Özbəkistan futbolu nə milli, nə klub səviyyəsində Azərbaycandan irəlidə olub, amma son 5-10 ildə orda aparılan islahatlar, dövlət dəstəyinin ciddi nəzarətlə icra olunması, futbol idarəçiliyinə peşəkarların gətirilməsi futbolda çox böyük irəliləyişə gətirib çıxardı.

Hazırda özbək futbolçular məşhur klublarda oynayır:

Abdukodir Xusanov (“Mançester Siti”)
Xusniddik Alikulov (“Rizespor”)
Eldor Şomurodov (“Başakşəhər”)

Və s.

Özbəkistan U-17 millisi Asiya çempionu oldu, əsas millisi isə 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazandı.

Bunlar hələ başlanğıcdı. Orda görülən sistematik işlər daha böyük uğurlara aparacaq.

Xatırladaq ki, Azərbaycanla Özbəkistan birgə U-20 (2027) Dünya Çempionatına ev sahibliyini qazanıb. Orada bununla bağlı və bunun futbola daha böyük qatqıları üçün çox çeşidli tədbirlər hazırlanıb, icra olunur. Elə “Paxtakor” U-13 komandasının Bakıya səfəri də bu qəbildəndir. Bu il bunadək üç müxtəlif ölkədə 15 oyun keçiriblər. Təkcə bir yaş üzrə komanda…

Bizdə isə…

Yenə qeyd edirik, oyunun videosuna da baxın, necə istedadlı pöhrələrimiz var, lakin onların dünya miqyasında püxtələşməsi üçün hansı işlər görülür? Azərbaycan futbolunun inkişafı üçün real addımlar hansılardır?

AFFA başda olmaqla, legioner limitinin ləğvini sui-fürsət bilən və o cür davranan klublar, baxın videoya… Azərbaycan futbolunda “xammal” var. İdarəçiliyinə güvənən klub, federasiya bu materiala yatırım edib mənfəətini ondan götürər. Bacarmayan isə legionerləri meydana, pulları da cibinə doldurmaq yolunu seçər.

Yollar bəllidir, seçim isə sizin…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri