Icma.az
close
up
RU
Bu gün Ümumdünya Leykemiya Günüdür

Bu gün Ümumdünya Leykemiya Günüdür

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 4-ü bir çox ölkələrdə Ümumdünya Leykemiya Günü kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrindən pasiyent qruplarının iştirakı ilə keçirilən qlobal kampaniyanın əsas məqsədi leykemiya haqqında məlumatlılığın artırılması, xəstəliyin əlamət və simptomlarının tanıdılması və erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkilməsidir.

AZƏRTAC xəbər verir ki, leykemiya diaqnozu dünyada ən çox rast gəlinən xərçəng xəstəlikləri arasında 13-cü yerdədir. Hər il 440 minə yaxın insana leykemiya diaqnozu qoyulur ki, bu da gündə 1000-dən çox insan deməkdir. Bununla belə, xəstəliyin qeyri-spesifik əlamət və simptomları onun diaqnostikasını çətinləşdirir. Hər il dünyada 300 mindən çox insan leykemiya səbəbindən vəfat edir.

Leykemiya qan yaradan sistemin bədxassəli xəstəlikləri qrupuna daxildir və qan hüceyrələrinin anormal inkişafı ilə xarakterizə olunur. Xəstəlik əsasən gedişatına və təsirlənən hüceyrələrin növünə görə kəskin və xroniki formalara bölünür.

Kəskin leykemiyalar sürətlə inkişaf edir və sümük iliyində yetişməmiş qan hüceyrələrinin – blastların həddindən artıq çoxalması ilə xarakterizə olunur. Əsas növləri kəskin miyeloid leykemiya (AML) və kəskin limfoblastik leykemiyadır (ALL). Xroniki leykemiyalar isə daha yavaş inkişaf edir. Bu qrupa xroniki miyeloid leykemiya (KML) və xroniki limfositik leykemiya (KLL) daxildir.

Leykemiyanın əlamətləri qeyri-spesifik olduğundan xəstəliyin erkən mərhələdə müəyyən edilməsi bəzən çətin olur. Ümumi halsızlıq və yorğunluq, uzunmüddətli və ya səbəbsiz qızdırma, tez-tez təkrarlanan infeksiyalar, səbəbsiz arıqlama, sümük və oynaq ağrıları, limfa düyünlərinin böyüməsi, dəridə asanlıqla qançır və göyərmələrin yaranması diqqət yetirilməli əsas əlamətlər sırasındadır.

Xəstəliyin diaqnozu, əsasən, qan analizləri və sümük iliyinin müayinəsi əsasında müəyyənləşdirilir. Müalicə xəstəliyin növündən, gedişindən və pasiyentin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq fərdi şəkildə seçilir. Müasir tibbdə kimyaterapiya, hədəfli terapiya, immunoterapiya və bəzi hallarda sümük iliyi (hematopoetik kök hüceyrə) transplantasiyası kimi müalicə üsullarından istifadə olunur.

Leykemiya həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. Uşaqlıq dövründə ən çox rast gəlinən xərçəng xəstəliklərindən biri məhz leykemiyadır. Xüsusilə kəskin limfoblastik leykemiyanın müalicəsində son illər əhəmiyyətli nailiyyətlər əldə olunub və uşaqlarda sağqalma göstəriciləri yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, leykemiyanın bir sıra əlamətləri digər xəstəliklərdə də müşahidə oluna bilər. Buna görə də sadalanan simptomlardan hər hansı birinin uzun müddət davam etməsi və ya səbəbsiz şəkildə ortaya çıxması zamanı özbaşına nəticə çıxarmaq əvəzinə həkimə müraciət etmək və müvafiq müayinələrdən keçmək vacibdir.

Müxbir - Göyçək Mahmudlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri