Icma.az
close
up
RU
Bu gün Xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevin anım günüdür

Bu gün Xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevin anım günüdür

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Çox istərdim ki, indiki gənclər də, məsələn, Nizamini və Markesi oxuyaraq, Hacıbəylinin, Çaykovskinin, Qarayevin melodiyalarını dinləyərək daxili sakitlik tapmağı öyrənsinlər. Yəqin ki, bu məsələdə onlara kömək etmək, onlarda zövq aşılamaq, maraq dairəsini inkişaf etdirmək lazımdır...

AZƏRTAC xəbər verir ki, bu sözləri müsahibələrinin birində hər zaman istedadlı gənclərə yol göstərən, onlara kömək edən mərhum sənətkarımız Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev deyib.

Eldar Quliyevin yaradıcılığına nəzər salanda görürsən ki, onun ekran əsərlərinin hamısı insan haqqında, öz qəhrəmanlarından birinin - dahi Nizaminin dediyi kimi, dünya qədər nəhayətsiz olan insanın müdafiəsi barədədir. Onun istedadı, sənətkarlığı məhz insan naminə mübarizəyə yönəlmişdir.

Eldar Quliyevin yeniyetmə yaşlarında heç ağlına da gətirməzdi ki, həyatını kino ilə bağlayacaqdır. Məktəbdə fizika fənni ilə çox maraqlanır, Moskva Fizika-Texnika İnstitutuna qəbul olmağa hazırlaşırdı. Lakin qəflətən bütün planları dəyişdi: O vaxt kinoteatrlarda Mixail Kalatozovun sensasiyaya çevrilmiş “Durnalar uçur” filmi nümayiş etdirilirdi. Eldar bu filmə dəfələrlə baxmış, qəti qərara gəlmişdi ki, “Rejissor olacağam, kino çəkəcəyəm!”, bu qərarını evlərində bildirəndə hamını mat qoysa da, heç kəs onu fikrindən döndərməyə çalışmadı. Orta məktəbi qızıl medalla bitirəndən sonra iki il işləməli oldu, həmin illərdə əmək stajı olmadan instituta qəbul etmirdilər. Kinostudiyada rejissor köməkçisi vəzifəsində işləməyə başladı. Yalnız bundan sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul oldu. Əvvəlcə sənədli filmlər ustası Roman Karmenin sinfində oxuyurdu. Bədii filmlər emalatxanası yaradılanda isə Karmenin məsləhəti ilə Eldar oraya getdi.

Təhsil illərində Eldar Quliyev o dövrün qaydalarına uyğun olaraq, özünün yazdığı ssenarilər əsasında kurs işləri çəkirdi. Ssenarilərin əsası kimi çox vaxt Qərb ədəbiyyatı nümunələri, məsələn, Jan Anuy, Henrix Böll, O’Henri kimi sənətkarların əsərlərini seçirdi. Diplom işini isə Azərbaycan yazıçısı Salam Qədirzadənin bir hekayəsi əsasında çəkmişdi. Diplom işini əla qiymətlə müdafiə edəndən sonra doğma Bakıya qayıtdı.

Lakin gənc kinematoqrafçının debütü sənədli kinoda oldu. O, Yusif Səmədoğlunun ssenarisi əsasında Səməd Vurğunun 60 illiyinə həsr edilmiş sənədli filmi Yalçın Əfəndiyevlə birgə çəkmişdi. Filmin musiqisini isə Emin Sabitoğlu yazmışdı. Beləliklə, bir növ üçqat debüt alınmışdı - ilk rejissor işi, ilk ssenari və bəstəkarın kinoda ilk işi.

Ancaq Eldar Quliyev Azərbaycan və sovet kinematoqrafiyasına o dövrdə böyük hay-küyə səbəb olmuş “Bir cənub şəhərində” adlı tammetrajlı bədii filmin quruluşçu rejissoru kimi daxil oldu.

Filmin doğurduğu əks-səda birmənalı deyildi. Onu tərifləyənlər də vardı, pisləyənlər də. Onun ekranlara çıxmasını da xeyli gözləmək lazım gəldi. Senzorlar həmin filmi bir ildən artıq rəflərdə saxlamış, yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra bu məsələ öz müsbət həllin tapdı. Bundan ruhlanan gənc kinorejissor böyük həvəslə yeni filmlər çəkməyə qərar verdi.

Yaradıcılıqla məşğul olduğu yarım əsrə yaxın bir müddətdə Eldar Quliyev 20-yə yaxın bədii və çoxsaylı sənədli filmlər çəkib. Həmin filmlərin ssenarilərini də istedadlı gənc azərbaycanlı müəlliflər yazıb.

Eldar Quliyev 1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən "Debüt" Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.

Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Bu gün vəfatından 4 il ötən kinorejissor yaratdığı ekran əsərləri ilə bütün zamanlarda mənsub olduğu xalqın qəlbində daim qalacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri