Bu gün “Zirə” ilə “Neftçi”nin oyunu var
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Azərbaycanın avrokuboklardakı daha üç təmsilçisi 2-ci təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.
“Qafqazinfo” xəbər verir ki, “Zirə” ilə “Neftçi” Konfrans Liqasında meydana çıxacaq.
Estoniyada “Payde”yə minimal hesabla uduzmuş “Zirə” Sumqayıtdakı cavab görüşündə revanş almağa və mərhələ adlamağa çalışacaq.
Evdəki ilk oyunda Belarusun “Dinamo” (Minsk) komandasına 2:4 hesabıyla uduzan “Neftçi” Bolqarıstanda baş tutacaq cavab görüşündə çox çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
30 iyul
20:00. “Zirə” – “Payde”
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Sumqayıt şəhər stadionu.
21:00. “Dinamo” (Minsk) – “Neftçi”
Baş hakim: Tim Marşall (Şimali İrlandiya).
Beroe şəhər stadionu.
Baxış sayı:126
Bu xəbər 30 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















