Bu gündən Bakıkartın satış qiyməti artırılır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
Modern.az xəbər verir ki, "BakıKart"ın yaydığı məlumata görə, yeni tarifə əsasən, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.
Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib.
Məlumata görə, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Qeyd olunub ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda sərnişinlər "BakıKart"la yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil telefonlar və digər ağıllı cihazlar, eləcə də QR kod vasitəsilə ödəniş edə bilirlər.
"BakıKart" vurğulayıb ki, dəyişiklik yalnız yeni alınan kartların satış qiymətinə aiddir. Kartların balansında və ictimai nəqliyyatda tətbiq olunan gediş haqlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 İyul 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















