Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayır
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesi bu gündən başlayır. SİA xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Qeyd edilib ki, bu gün saat 15:00-da başlayan proses 9 dekabr tarixinədək davam edəcək.
Bildirilib ki, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.
VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Baxış sayı:144
Bu xəbər 26 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















