Icma.az
close
up
RU
Bu gündən Rusiyada “Instagram”a reklam verənlər cərimələnəcəklər

Bu gündən Rusiyada “Instagram”a reklam verənlər cərimələnəcəklər

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


2025-ci il sentyabrın 1-dən etibarən Rusiyada arzuolunmaz və ekstremist təşkilatlara məxsus hesab edilən platformalarda reklam yerləşdirilməsi rəsmi şəkildə qadağan olunub.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, bu məhdudiyyətə, o cümlədən Rusiyada ekstremist kimi tanınan və qadağan edilən “Meta” şirkətinə məxsus “Instagram” da daxildir.
Yeni qanuna əsasən, qadağan olunan sosial şəbəkələrdə reklam paylaşan həm reklamçılar, həm də yayıcılar məsuliyyət daşıyacaqlar. İnzibati Xətalar Məcəlləsinin 14.3-cü maddəsinə görə, fiziki şəxslər 2 500 rubladək (31 dollar), vəzifəli şəxslər 20 min rubladək (250 dollar), hüquqi şəxslər isə yarım milyon rubla (6 225 dollar) qədər cərimələnə bilər.
Hüquqşünasların sözlərinə görə, “reklam” anlayışının sərhədləri dəqiq müəyyən edilməyib və hətta ödənişsiz yayılan inteqrasiyalar belə pozuntu hesab oluna bilər. Bu səbəbdən bir çox bloger və şirkət risk altında qalır.
Ekspertlərin hesablamalarına görə, yalnız “Instagram”da fəaliyyət göstərən influencerlər gəlirlərinin 50 faizinə qədərini itirə bilərlər. Rusiya büdcəsinin də itkiləri qaçılmazdır – proqnozlara görə, 2025-ci ilin sonuna qədər itkilər ən azı 600 milyon rubl (7,5 milyon dollar), 2026-cı ildə isə 1,4 milyard rubl (17,4 milyon dollar) təşkil edə bilər.
Bazar iştirakçıları isə artıq alternativlər axtarırlar. İri agentliklər blogerləri “YouTube”, “Telegram”, “TikTok” və “VKontakte” kimi platformalarda fəaliyyətlərini gücləndirməyə çağırır. Son bir ildə “Telegram”da reklam bazarı 25% artıb və şirkətlər illik təxminən 12 milyard rubl (149 milyon dollar) xərcləyiblər.
Bununla belə, ekspertlər bildirirlər ki, hələ də “İnstagram”ın tam funksional əvəzi yoxdur. Buna görə də blogerlər şəxsi brendlərini qorumaq və izləyiciləri digər sosial şəbəkələrə yönləndirmək üçün bu platformadan “əlavə resurs” kimi istifadə etməyi planlaşdırırlar.
Mütəxəssislərin qənaətinə görə, yeni məhdudiyyətlər influencer marketinq bazarını sarsıtsa da, reklamçılar və blogerlər qısa müddətdə uyğunlaşma yolları tapacaqlar.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Sentyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri