Bu günə qədər Hörmüz boğazından neçə gəmi keçib? Açıqlandı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Yaxın Şərqdə gərginlik başlayandan bəri Hörmüz boğazından 16 neft tankeri də daxil olmaqla ən azı 89 gəmi keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi ”Lloyd's List Intelligence” analitik şirkətinə istinadla məlumat yayıb.
Şirkət hesab edir ki, 89 gəminin 20%-dən çoxu İranla, qalanları isə xüsusilə Çin və Yunanıstanla əlaqəli olub.
Halbuki ABŞ və İsrailin İrana hücumlarından əvvəl boğazdan gündə 100-135 arasında gəmi keçib.
“Lloyd's List Intelligence” analitik şirkətinin baş direktoru Riçard Midin sözlərinə görə, İran bəzi gəmilərin İran sahilləri yaxınlığında tranzit keçməsinə imkan verən təhlükəsiz bir dəhliz yaradıb. Buraya İran nefti daşıyan tankerlər də daxildir.
“Kpler” analitik şirkətinin məlumatına görə, İran mart ayının əvvəlindən bəri 16 milyon bareldən çox xam neft ixrac edib.
“Reddal” Beynəlxalq konsaltinq şirkətinin baş elmi işçisi Kun Tsaonun sözlərinə görə, Hörmüz boğazından gəmilərin tranziti ilə bağlı son məlumatlar göstərir ki, boğaz bəzi gəmiçilik şirkətləri üçün bağlanmayıb və hələ də icazə verilən dar bir dairə üçün açıqdır.
Digər tərəfdən, bazar ertəsi İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi bir neçə ölkənin gəmilərinin Tehranın icazəsi ilə Hörmüz boğazından keçdiyini bildirib. Bəqayi həmçinin bildirib ki, İranın milli təhlükəsizliyi təmin etmək və təcavüzkarlar və onların müttəfiqləri tərəfindən bu su yolunda sui-istifadə hallarının qarşısını almaq üçün lazımi tədbirlər görmək hüququ var.
“Bloomberg” agentliyi isə bundan əvvəl Pakistanın bir tankerinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçdiyini bildirmişdi. Martın 14-də isə Hindistanın NDTV telekanalı maye təbii qaz daşıyan iki Hindistan tankerinin boğazdan keçdiyini qeyd etmişdi.
Bu mövzuda digər xəbərlər:BMT: Hörmüz boğazından 57 gəmi keçib
25 İyun 2026 22:44
Hörmüz boğazından bir sutkada 15 gəmi keçib
06 Aprel 2026 08:49
Hörmüz boğazından 40 gəmi keçib? BÖYÜK İDDİA
02 Sentyabr 2026 16:19
Hörmüz Boğazından iki gündə təxminən 30 gəmi keçib
13 Aprel 2026 19:53
SEPAH: Son sutkada Hörmüz boğazından 25 gəmi keçib
23 May 2026 14:01
Baxış sayı:138
Bu xəbər 18 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















