Icma.az
close
up
RU
Bu günə qədər neçə avtomobil utilizasiya olunub?

Bu günə qədər neçə avtomobil utilizasiya olunub?

Icma.az, Azpost portalına istinadən məlumat verir.

“Azərbaycanda bu ilin fevral ayına qədər 670 ədəd köhnə avtomobil utilizasiya olunub”. AzPost xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib. Onun sözlərinə görə bu prosesin sürətlə getməsi deməkdir.

Nəqliyyat vasitəsinin utilizasiyaya verilmə qaydası nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür; utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalı; nvu.gov.az portalında qeydiyyatdan keçərək ərizə və tələb olunan sənədlər portala yüklənməklə  utilizatorda  növbə tutulmalı; nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməklə təsdiqedici sənəd əldə edilməlidir. nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi ilə bağlı istifadəçi təlimatından və video təlimatdan yararlana bilərsiniz.

DİQQƏT:

Reyestrdə qeydiyyata alınmamış şəxslərin təsdiqedici sənəd (güzəşt və ya birdəfəlik ödəniş hüququ) vermək hüququ yoxdur!

Əgər təsdiqedici sənəd əldə etmək niyyətiniz varsa, nəqliyyat vasitəsini utilizatora təhvil verməzdən əvvəl həmin utilizatorun operator tərəfindən reyestrdə qeydiyyata alınıb-alınmamasını mütləq dəqiqləşdirin

Nəqliyyat vasitəsinin utilizasiyaya qəbulu

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müraciətlərin ilkin qəbulu nvu.gov.az.az portalı vasitəsilə həyata keçirilir.

Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir;

Utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:

nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə; nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd; nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı; fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.

Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır.

Ərizəyə baxılması

Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır;

1. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda:

ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir; ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur; ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. 

Qeyd: çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin yenidən müraciət etmək hüququ vardır.

2. Çatışmazlıq və ya uyğunsuzluq olmadıqda:

utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt tərtib olunur; akta sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir; tərtib olunmuş aktın 1 (bir) nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya vermiş şəxsə verilir.

Təsdiqedici sənədin verilməsi

nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə təsdiqedici sənəd verir.

DİQQƏT:

Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqedici sənəd verilə bilər.
Akt və təsdiqedici sənəd üzərində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş xüsusi seriya həkk edilmiş ciddi hesabat blankıdır.

“TikTok”da izləyin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Fevral 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see346

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see335

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see329

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see324

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see322

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see262

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see259

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see245

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see239

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see238

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see233

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see232

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see229

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see227

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see227

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see214

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see197

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see189

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri