Bu günə qədər təmizlənən minalar... STATİSTİKA
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azad edilmiş ərazilərdə indiyədək təxminən 300 000 hektar minalardan təmizlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.
Qeyd olunub ki, proses nəticəsində 43 000 ədəd mina və 24 000-dən çox partlayıcı qurğu məhv edilib.
“İllik hədəfimiz 65 000 hektar ərazinin minalardan təmizlənməsidir. Hər il ərazilərin minalardan təmizlənməsi üzrə qarşımıza müəyyən hədəf qoyuruq. Ötən il 1 600 000 hektardan çox ərazinin təmizlənməsi ilə bağlı rekord göstəriciyə nail olmuşuq. Bu il üçün də hədəfimiz 65 000 hektardır və hazırda bunun təxminən 50 000 hektarını artıq həyata keçirmişik”, - Samir Poladov bildirib
O qeyd edib ki, ANAMA müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir. Ümumilikdə, humanitar əməliyyatlara cəlb olunan 4 500-dən çox əməkdaş var:
“İşimizin bir hissəsi ərazilərin minalardan təmizlənməsi və istifadəyə qaytarılması ilə yanaşı, minaların və partlayıcı qurğuların yarada biləcəyi potensial təhlükələr barədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Sentyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















