Bu günədək azad edilmiş ərazilərdə 28 kütləvi məzarlıq müəyyən olunub
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin dəfn olunduğu ehtimal edilən 28 kütləvi məzarlıq müəyyənləşdirilərək qazıntı və ekshumasiya işləri aparılıb.
Bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, həmin 28 kütləvi məzarlıqdan bütövlükdə 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq ekshumasiya edilib:
"Aparılmış anatomik və molekulyar-genetik ekspertizaları nəticəsində onlardan 60 nəfərinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib".
Bu mövzuda digər xəbərlər:Azad olunmuş ərazilərdə kütləvi məzarlıq aşkarlandı
10 Mart 2025 11:27
Aprelin 28 də bu ərazilərdə qaz olmayacaq
27 Aprel 2025 23:34
Azad edilmiş ərazilərdə yaşayanların sayı AÇIQLANDI
23 May 2025 19:10
Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı
26 İyul 2025 18:03
Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin SAYI
15 Avqust 2025 15:35
Baxış sayı:75
Bu xəbər 30 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















