Icma.az
close
up
RU
Bu günün bir vaxtlar sözsöhbət adlandırdığımız reallıqları

Bu günün bir vaxtlar sözsöhbət adlandırdığımız reallıqları

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İllər əvvəl "dünyada iqlim dəyişir", "fəsillər yoxa çıxır", "dünya uçuruma doğru gedir" deyə ifadələri eşidib, bunların bir uydurma, şayiə və ya sadəcə iddia olduğunu düşünürdük.

Amma o illərdən çox illər keçib. Artıq həmin fikirlərin gözlərimizin önündə reallığa çevrilməsinin şahidiyik. İnsanlar özlərinin ən dəyərli xəzinələri olan dünyanı öz əlləri ilə uçuruma sürükləyirlər.

İllər əvvəl eşidib şayiə adlandırdığımız fikirlər artıq bu günün reallıqlarıdır. Bəli, iqlim dəyişir və bu təhlükəli tendensiya getdikcə daha geniş vüsət alır.

Məsələn, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son hesabatlarına nəzər saldıqda görürük ki, son 100 ildə Yer kürəsində orta temperatur 0.8 dərəcə artıb. Buna səbəb isə antrogen amillər - istilik effekti yaradan qazlardır (karbon, metan, azot oksidi, azot bir oksid və xlor-flüor birləşmələridir). Son 100 ildə aparılan kosmik müşahidələrə əsasən qeydə alınıb ki, tufanların, çovğun və fırtınaların istər tezliyi, istərsə də intensivliyi əhəmiyyətli dərəcə artıb. İqlim dəyişikliyi planetimizin ən önəmli elementlərindən biri olan okeanlara da təsirsiz ötüşməyib. İllər öncə okean səthi min metr dərinliyə qədər qızırdısa, bu gün artıq iki min metrə qədər dərinlikdə sözügedən hal müşahidə olunur.

İqlim dəyişiklikləri ölkəmizdən də yan keçməyib. Son 100 ildə dünyada olduğu kimi Azərbaycanda da orta illik temperaturda artım qeydə alınıb. Üstəlik bu rəqəm dünya statistikasındakı kimi 0.8 C deyil, 0.4-1.3 C arasında dəyişir. Ölkəmizin fərqli bölgələrində bu statistika da fərqli xarakter daşıyır. Son müşahidələrə nəzər salsaq, görərik ki, ölkəmizdə xüsusən kiçik dağ çaylarında sel və daşqınların həm kəmiyyəti, həm də gücü artıb.

Ətraf mühitin çirklənməsi, su mənbələrindən səmərəli istifadə edilməməsi, istixana qazlarının təsirləri bu gün bəşəriyyətin qarşısında dayanan problemlər arasında bəlkə də, ən aktualı və prioritet təşkil edənidir. Çünki bəzi məsələlərin həlli müəyyən müddətə təxirə salına bilər, ancaq dünya gözləmir, bizə sonsuz zənginliklər bəxş edən həyat mənbəyimiz təhlükə altındadır.

Bir zamanlar sadəcə söz-söhbət, dedi-qodu hesab etdiyimiz fikirlər bu gün ən ağır həqiqət kimi qarşımızda dayanıb və həllini gözləyir.

Atmosferin çirklənməsi, Ozon təbəqəsinin zədələnməsi, okeanların flora və faunasına vurulmuş ziyan, meşə sahələrinin getdikcə artması, quraqlıq və s. bu qəbildən onlarla problemi saymaq olar. Halbuki bu sadalananlardan sadəcə biri belə bəşəriyyətin gələcəyini sual altında qoymağa kifayət edir. Problemin böyüklüyünü təsəvvür etmək üçün düşünün ki, biz bu problemlərdən sadəcə biri ilə deyil, bir neçəsi, onlarla problemlə üz-üzəyik.

İqlim dəyişikliyi ilə mübarizədə dünya səfərbər olmalıdır. Bu səfərbərliyin bir parçası kimi son olaraq ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının önəmi vurğulanmalıdır. Sözügedən tədbir zamanı Bakı bir neçə günlük İqlim dəyişikliyi ilə mübarizənin mərkəzinə çevrildi. Paytaxtımıza planetin gələcəyi üçün naharat olan və ən əsası həll yolu axtaran insanlar axın etdilər. Olduqca mühüm addımların atıldığı, çoxşaxəli müzakirələrin getdiyi COP29 dünyada iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni bir mərhələ təşkil etdi.

Ancaq iqlim dəyişikliyi ilə mübarizə sadəcə dünyanın bir hissəsinin səfərbərliyi ilə uğura çata biləcəyimiz bir proses deyil. Çünki burada xüsusən böyük dövlətlərin maraq göstərməsi mühüm önəm kəsb edir. Təəssüf ki, bir sıra ölkələr öz maraqları naminə iqlimin bizim qarşımıza çıxardığı fəsadları görməzdən gəlir və iqlim dəyişiklikləri artıq geridönüşü olmayan bir mərhələyə çatmadan bəşəriyyətin gələcəyini, insanların hüquqlarını düşünməkdən imtina edirlər.

Halbuki bizdən öncəki nəsillərin bizlərə əmanəti olan dünyanın gələcəyini qorumaq və onu gələcək nəsillərə ötürmək bizim vəzifəmizdir. Bu gün bizim istifadə etdiyimiz bütün zənginliklərdən gələcəkdə də istifadə edilməsi gələcək nəsillərin hüququdur.

Çünki təmiz bir dünyada sağlam yaşaya bilmək hər kəsin haqqıdır. Üstəlik iqlim dəyişikliklərinin yaratdığı fəsadlar gələcəkdə insan hüquqlarının tapdalanması hallarına da zəmin yarada bilər. Çünki bu dəyişikliklər insanların əllərindəki mövcud resursların əhəmiyyətli dərəcədə itirilməsinə səbəb ola bilər.

Resurslarını itirmiş bir bəşəriyyət isə artıq əlində olan az sayda resursun bölgüsündə növbəti bir mübarizəyə düçar ola bilər. İndiki halda belə dünyada milyonlarla insanın maraqlarının nəzərə alınmadığı, hüquqlarının böyük güclər tərəfindən tapdalandığı, bəzi insanların ən adi ehtiyaclarını qarşılamaq üçün günün böyük hissəsini çalışmalı olduğu bir halda, bəzi insanların dünyanın zənginliklərindən acgözlüklə istifadə etməsi hər kəsə bəllidir. Elə isə dünya öz resurslarını itirdikdə, iqlim dəyişiklikləri bəşəriyyətin həyatını daha da çətinləşdirdikdə, insanlar hansı miqyasda bir mübarizə ilə qarşı-qarşıya qalacaqlarını anlamalıdırlar. Bu gün görməzdən gəldiyimiz çox şey gələcək nəsillərin, bəlkə də elə yenə bizim qarşımıza daha ağır şəkildə mütləq çıxacaq.

Dünyanın həyat mənbəyi, zənginlikləri ilə insan övladının məskəni olaraq qalması üçün istisnasız hər kəs məsuliyyəti üzərinə götürməli, dünyanın gələcəyi üçün çiyinlərinə düşən mühüm vəzifəni mütləq şəkildə icra etməlidir. Bu dünya hər birimizin evidir və evimizdə hüquqlarımızın maksimum qorunması və təmini bizim rifah səviyyəmizlə birbaşa əlaqəlidir. Bu gün sahib olduğumuz zənginlikləri sabaha saxlamaq və gələcəyimizi qorumaq üçün elə bu gün dünyamızı qorumaq üçün daha çox iş görməli, iqlim dəyişikliyinin dağıdıcı təsirlərindən dünyamızı qorumalıyıq.

Bunu etmək hər birimizin borcudur. Ən azından bu gün təhlükənin fərqində olmayanların, bizdən eşitdiklərini söz-söhbət kimi dərk edən gənclərin sabah öz gözləri ilə təhlükəli reallıqların şahidi olmamaları üçün... Bir vaxtlar bizim olduğumuz kimi...

Orxan Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see180

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see177

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see155

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see150

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see149

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see148

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see142

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see141

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see131

Dəhşətli qəzada ölən “KamAZ”ın sürücüsünün Fotosu

07 Sentyabr 2025 10:32see129

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see128

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see122

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see122

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see121

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see120

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see120

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see118

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see117

Xasıyevlərin xas sənəti

07 Sentyabr 2025 07:41see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri