Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Bu günün və sabahının yol xəritəsi

Bu günün və sabahının yol xəritəsi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında ölkənin bugünkü həyatı, onun tarixi keçmişi, dünya siyasətində mövqeyi, müasir dünyada özünü göstərən təmayüllər, hətta belə şəraitdə Azərbaycanın qarşısında dayanan vəzifələr tam şəkildə öz əksini tapdı. Bu istiqamətlərin arasında Azərbaycan üçün yeni sayılan bir sıra sahələr var.

Bunlarla əlaqədar Prezident İlham Əliyev qarşıya çox ciddi vəzifələr qoydu. Birinci növbədə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, yeni texnologiyalardan istifadə kimi Azərbaycan dövlətinin qarşısında dayanan vəzifələrin dəqiq şərhini verdi. Çox haqlı və sərrast şəkildə qeyd olundu ki, ölkənin inkişafı heç də təbii sərvətlərin üzərində qurulmalı deyil. Təbii sərvətlər sadəcə bir vasitədir.

Ölkənin inkişafının əsas şərti və dayağı müasir texnologiyalardan, insan amilindən, süni intellektdən, rəqəmsallaşma texnologiyalarından lazımi səviyyədə istifadə olunmasından ibarətdir.

Prezident İlham Əliyevin çıxışında, xüsusilə, kibertəhlükəsizlik sahəsində dövlətin, cəmiyyətin qarşısında dayanan vəzifələr bir daha aktuallaşdırılıb. Azərbaycan cəmiyyətinə, dövlət strukturlarına vacib mesajlar verildi ki, kibertəhlükəsizlik təkcə ordu sahəsindən, xalqın, vətənin keşiyində ayıq-sayıq dayanılmasından ibarət deyil.

Hazırkı şəraitdə ölkələrin təhlükəsizliyini təhdid edən mənbələrdən biri məhz kibertəhlükəsizlik amilidir.

Bu kiberfaktorlardan əmələ gələn təhlükələrə, təhdidlərə qarşı mübarizə daim diqqət mərkəzində olmalıdır. Çox maraqlıdır ki, Prezident ölkə iqtisadiyyatının yeni texnologiyalar üzərində qurulması, həm rəqəmsallaşmanın daha geniş miqyasda tətbiqi, həm də kibertəhlükəsizlik problemlərinin həllində cəmiyyətin bütün təbəqələri ilə bərabər alimlərin, ölkənin ziyalı korpusunun da xüsusi vəzifələr, missiyalar altında olduğunu qeyd etdi.

Bu baxımdan, prezidentin orada səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi və bu baxımdan Prezidentin çıxışını "yol xəritəsi" adlandırmaq tam yerinə düşür. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir.

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxundu və onlardan biri də süni intellekt sahəsi ilə bağlı idi.

Ölkənin kibertəhlükəsizliyinin təmin olunması, iqtisadi inkişafın rəqəmsallaşdırılması, iqtisadi inkişafın bütün sahələrində yeni texnologiyaların tətbiqində alimlərin, intellektual təbəqənin iştirakı mühüm vəzifə kimi qarşıya qoyuldu. Çox yaxşı haldır ki, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt kimi məsələlərin daha da dərinləşdirilməsi üçün alimlərin qarşısında geniş bir cəbhənin açılması zərurəti vurğuladı.

Düşünürəm ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında iştirakı və çıxışı dövlət başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir.

Cənab Prezident bu kimi sahələrə alimlərin daha yaxından cəlb olunmaları üçün dövlət orqanlarının ölkənin alimləri ilə, elmi institutlarla daha yaxından əməkdaşlıq etməsini vacib vəzifə kimi qarşıya qoydu. Bir sözlə, Azərbaycanın qarşısında kibertəhlükəsizlik texnologiyalarından, rəqəmsallaşmadan daha geniş şəkildə istifadə olunması dövrü açılıb. Bu dövrün əsas xüsusiyyətlərini, çağırışlarını Prezident məruzəsində dəqiq ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibəti ilə keçirilən tədbirdə çox böyük, vacib məqamlara toxundu və Azərbaycan elminin inkişafında AMEA-nın böyük bir rol oynadığını xüsusi ilə qeyd etdi.

Ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə Akademiyanın daha inkişaf etdiyini və elmi potensialının gücləndiyini bir daha göstərdi. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Cənab Prezident 1993-cü ildə Elmlər Akademiyasının olmasını və o vaxt Azərbaycanın imkanlarının məhdud olmasıına baxmayaraq bu sahəyə vəsait ayırmağa davam etdiyini qeyd etdi.

Sonrakı illərdə Azərbaycanın imkanları artıqca bu sahəyə ayrılan vəsait daha da artdı və inkişaf etdi. Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da Akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Eyni zamanda cənab Prezident çıxışı zamanı Akademiyada görülən işlərə toxundu.

Ölkə başçısı Böyük kitabxananın yaradıldığını, milli ensiklopediya üçün yeni bina inşa olunduğunu, elmi tədqiqat institutlarının təmiri və avadanlıqlarla təhciz ediliyini, elm fondunun yaradıldığını, eyni zamanda inkişaf strategiyası elm haqqında qanun və dövlət proqramı qəbul edildiyini xüsusi vurğuladı.

Bu gündə bu istiqamətdə işlərin davam etdiyini qeyd etdi. Cənab Prezident eyni zamanda intellektual potensialın artırılmasıla bağlı məqamlara toxundu. Rəqəmsallaşma və kibertəlükəsizlik sahəsində görülən işlərdən bəhs etdi. Azərbaycan alimlərinin də bu prosəsə tövhə verməsinin vacibliyini vurğuladı, Azərbaycanda Şərqi Zəngəzurda görülən işlərdən bəhs etdi. Azərbaycanlıların Ermənistana qayıtmasılə bağlı vacib məqamlara toxundu. Xüsusi qeyd etdi ki, bu sahədə alimlərimiz də ciddi çalışmalıdır. Prezident İlham Əliyev xüsusilə Sevan gölünün xəritələrdə olmadığını qeyd etdi.

Göyçə gölünün ermənilər tərəfindən dəyişdirilərək, guya ki, Sevan gölü olduğu uydurma fikirlərindən biri olduğunu vurğuladı. Cənab Prezident mesajları arasında vacib məqamlardan biri isə Azərbaycan dilinin saflığının qorunması və bu sahədə alimlərin üzərinə düşən öhdəliklərdən bəhs etdi. Bizim dilimizi qorumalı olduğumuzu, onun saflığına əməl edilməli olduğunu söylədi.

Elmi əsərlər hazırlanmalıdır ki, gənclərimiz öz tariximizlə yaxından tanış olsunlar. Ölkəmizin tarixi ilə bağlı elmi əsərlərə böyük ehtiyacımızın olduğunu cənab Prezident xüsusilə vurğuladı. Azərbaycanın hərbi sahədə uğurlarından da bəhs etdi. Bu gün Azərbaycan ilk dəfə pilotsuz uçuş aparatlarını müharibədə istifadə edən bir ölkə kimi tarixdə qaldı. Hazırda da bu istiqamətdə işlər görülür.

Azərbaycanın texnoloji inkişafları daha artır. Azərbaycan bu gün xaricə hərbi təyinatlı məhsullar ixrac edir və bu da çox vacib önəmli bir məsələdir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücündən danışdı. Azərbaycanın bu sahədə geniş imkanlarının olduğunu bildirdi. Azərbaycan xalqına yaxın günlərdə mesajlar verəcəyini xüsusilə qeyd edərək bu istiqamətdə atılan addımlarda və görülən işlərdən bəhs etdi.

Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandır. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür.

Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır.

Elçin Quliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri