Icma.az
close
up
RU
Bu halda cərimə ödəməyəksiniz

Bu halda cərimə ödəməyəksiniz

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

AzPost xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Mövcud normaya əsasən yalnız 122.1-ci maddə üzrə məsuliyyət istisna edilirdi

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

Yeni dəyişiklik bütün inzibati xətalara şamil olunacaq

Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 May 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri