Icma.az
close
up
RU
Bu halda əmək müqaviləsinə xitam verilə bilməz QƏRAR

Bu halda əmək müqaviləsinə xitam verilə bilməz QƏRAR

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq müddət ərzində çalışmış şəxsin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı yaranıb. İşçi ilə sonradan 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və müddətin bitməsi əsas götürülərək əmək münasibətlərinə xitam verilib. İddiaçı həmin əmrin qanunsuz hesab edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini və digər tələblərin təmin olunmasını xahiş edərək məhkəməyə müraciət ünvanlayıb.

Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi həmin qərarı ləğv edərək iddianı təmin edib.

Ali Məhkəmə öz qərarında əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair yanaşmanı geniş şərh edərək bildirib ki, əmək qanunvericiliyi işin xarakterindən asılı olaraq əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasını dəqiq müəyyən edir:

"Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda, bu münasibətlər müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda tətbiq oluna bilər".

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, iş materiallarına əsasən sözügedən mübahisəli vəzifə üzrə əmək funksiyası daimi xarakter daşıyır və bu hal tərəflər arasında mübahisə doğurmur. Belə olan halda, müddətli əmək müqaviləsinin seçilməsi hüquqi əsasla izah olunmalı, obyektiv zərurət və ya qanuni istisna halları ilə əsaslandırılmalıdır. Əks halda, bu cür müqavilə modeli əmək hüququnun mahiyyətinə zidd nəticələr yarada bilər.

Məhkəmə həmçinin "qarşılıqlı razılıq" anlayışına aydınlıq gətirərək qeyd edib ki, bu institut yalnız tərəflərin real hüquq bərabərliyi şəraitində sərbəst iradə ifadəsi əsasında mümkündür. İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirən əsas kimi qəbul edilə bilməz. Uzunmüddətli əmək münasibətlərindən sonra işçinin qısa müddətli müqaviləyə keçməsi və bunun ağlabatan səbəblərlə izah olunmaması belə razılaşmanın könüllülüyü ilə bağlı şübhələr yaradır.

Ali Məhkəmə əlavə olaraq qeyd edib ki, əmək hüququ yalnız müqavilə münasibətlərinin tənzimlənməsi deyil, həm də işçinin konstitusion hüquqlarının qorunmasına xidmət edən hüquq sahəsidir. Bu baxımdan əmək münasibətlərində tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsipləri əsas götürülməlidir.

Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri