Bu halda ətin qiyməti 21 22 manata qədər arta bilər
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Son günlərdə bazarlarda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusilə dana ətinin qiyməti yüksəlib. Əvvəllər 19-20 manata satılan sümüksüz mal əti indi 21 manata qədər bahalaşıb, sümüklü mal ətinin qiyməti isə 19 manat təşkil edir. Alıcılar qiymət artımından narazı qalsalar da, satıcılar vəziyyəti artan xərclərlə və bazardakı ümumi şəraitlə əlaqələndirirlər. Bəs görəsən, qiymət artımına səbəb nədir? Bu artım davam edəcəkmi?
Məsələ ilə bağlı Missiya.Az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirib ki, ətin qiymətindəki artımın bir neçə əsas səbəbi var.
Onun sözlərinə görə, hazırda bəzi bölgələrdə dabaq xəstəliyinin yayılması səbəbilə heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub:
"Bu isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olub. Eyni zamanda, Gürcüstan da daxil olmaqla bir sıra ölkələrdən heyvan idxalına qoyulan məhdudiyyətlər daxili bazarda ət qıtlığı yaradıb".
A.Nəsirli əlavə edib ki, son aylarda yem məhsullarının – arpa, saman, qarğıdalı kimi əsas qidaların bahalaşması və nəqliyyat xərclərinin artması da fermerləri qiymətləri qaldırmağa məcbur edir".
"Mövsümi tələbat nisbətən azalsa da, gündəlik ət istehlakı sabit qaldığı üçün təklifin azalması fonunda qiymətlər yüksəlməkdə davam edir. Əgər vəziyyət sabitləşməzsə və məhdudiyyətlər aradan qalxmasa, mal ətinin qiyməti yaxın həftələrdə 21–22 manata qədər arta bilər. Ancaq vəziyyət sabitləşərsə və bazarlar açılsa, qiymətlər yavaş-yavaş enə bilər".
Seyranə Quliyeva
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















