Icma.az
close
up
RU
Bu halda İsrail İran müharibəsi yenidən başlayacaq, ABŞ isə… SENSASİON FAKTLAR KONKRET

Bu halda İsrail İran müharibəsi yenidən başlayacaq, ABŞ isə… SENSASİON FAKTLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin avqustun sonlarında İranla yeni hərbi qarşıdurma ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir. “Azad İran”ın məlumatına görə, bu, regionda mühüm geosiyasi dəyişikliklərə səbəb ola bilər. Bəs, İsrail və İran arasında gərginliyin bu mərhələyə çatmasının əsas səbəbləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, İsrail-İran savaşı dayandırılsa da, hərbi əməliyyatların yenidən bərpa olunma riski hələ də qalmaqdadır. Onun sözlərinə görə, bəzi siyasi dairələr İsrailin İrana qarşı əvvəlki 12 günlük müharibədə strateji hədəflərin tam reallaşmadığı qənaətindədir və bu məqsədlərə nail olmaq üçün yeni addımlar atıla bilər.

“İsrailin verdiyi mesajlar İranı da mümkün savaşa hazırlaşmağa vadar edir. Digər tərəfdən, Tehran nüvə proqramından imtina etmək niyyətində olmadığını açıq şəkildə göstərir ki, bu da təkcə İsraildə deyil, ABŞ və Qərb dövlətlərində ciddi narazılıq doğurur. Əgər İran nüvə məsələsində radikal mövqedə qalarsa və anlaşmalardan yayınarsa, ABŞ-ın da İsrailin hərbi əməliyyatlarına dəstək verməsi mümkündür”, – politoloq qeyd edib.

Xalidbəylinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası hələlik yeni müharibəyə maraqlı olmadığını bəyan etsə də, Vaşinqtondan verilən son xəbərdarlıqlar İranın mövcud siyasətini davam etdirdiyi halda hərbi əməliyyatların qaçılmaz ola biləcəyini göstərir.

Ekspert hesab edir ki, ABŞ və İsrail rəhbərliyi artıq İran məsələsinin radikal həlli ilə bağlı müzakirələr aparır. Bu səbəbdən yaxın aylarda və ya illərdə Tehrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı istisna edilmir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri