Icma.az
close
up
RU
Bu halda Türkiyə və Azərbaycana təhdid yaranacaq KONKRET

Bu halda Türkiyə və Azərbaycana təhdid yaranacaq KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

PKK terror təşkilatının bölmələri Şimali İraqdan İrana kütləvi şəkildə keçərək əvvəllər Qəndil dağı ərazisində yerləşən böyük bir bazanı orada yaradır. “Türkiyə” qəzetinin məlumatına görə, İran qolu PJAK-ın fəaliyyəti qonşu Türkiyə və Azərbaycanın təhlükəsizliyinə də təhdid ola bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib:

“PKK, YPG və digər terror təşkilatlarının regionda fəaliyyəti təhlükəlidir. Bu qruplar silahlı birləşmədir və heç bir beynəlxalq hüquqa tabe olmurlar. Öz maraqları hər şeydən üstündür, dövlət deyillər ki, onlarla danışıqlar aparmaq mümkün olsun”.

Azərbaycan üçün olan təhlükələrdən danışan T. Abbaslı deyib:

“Terror təşkilatlarının varlığı həmin regiondakı bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sabitliyi üçün təhlükədir. Bu fəaliyyət həm İran, həm Türkiyə, həm də Azərbaycan üçün qeyri-stabillik yaradır. Hər hansı bir terror qruplaşması gücləndikcə, onun uzantıları ölkəmizə də yayıla bilər. Biz PKK və onun ideoloji bazasına baxanda görürük ki, onların iddiaları birbaşa Azərbaycan ərazilərinə də, suverenliyinə də təhdid yaradır. Çünki Azərbaycanda da bəzi əraziləri özlərinin uydurma bir “Kürdüstan” dövlətinin tərkib hissəsi kimi görürlər”.

Buna görə Azərbaycan, Türkiyə, İran və İraq maraqlı olmalıdır ki, bu terror qrupları birdəfəlik məhv edilsin. Onlar dünən İraqda idisə, bu gün İranda, sabah isə Azərbaycanda ola bilərlər. Türkiyə 40 ilə yaxındır ki, PKK ilə mübarizə aparır. Terror fəaliyyətinə göz yummamalı və qonşu dövlətlərin mübarizəsinə dəstək verməliyik ki, bu “qara yara” regionda böyüməsin”.

Abbaslı həmçinin vurğulayıb ki, Amerika və İsrail PKK-nın İraq və İran uzantılarından öz məqsədləri üçün istifadə etməyə çalışır:

“Bu doğru siyasət deyil. Zamanında Amerika bunu Əfqanıstanda Taliblərə dəstək verərək etmişdi. Sonra özü Taliblərlə müharibəyə girişdi. Bumeranq kimi özlərinə döndü. Düzdür, Taliblər indi terror təşkilatı deyil. Amm hər halda, belə proksi qüvvələrdən istifadə etmək uzunmüddətli siyasi gedişatlarda uğurlu deyil”.

Dəniz Pənahova KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Mart 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri