Icma.az
close
up
RU
Bu hallardan başqa oruc tutmamaq günahdır İlahiyyatçı

Bu hallardan başqa oruc tutmamaq günahdır İlahiyyatçı

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bu gündən İslam dünyasında mübarək Ramazan ayı başlayır. Ramazan müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan, bərəkət və ruhani təmizlənmə ayıdır. Bu ay həmçinin birliyimizi və həmrəylik hissini gücləndirən, dünya miqyasında insanları bir araya gətirən xüsusi bir dövrdür.

Bəs Ramazanın vacib əməlləri hansılardır?

İlahiyyatçı Əkrəm Həsənov Metbuat.az-a danışarkən bildirib ki, İslamda oruc tutmaq, Ramazan ayında sübh azanından günəş batana qədər yemək, içmək və cinsi əlaqədən çəkinmək vacibdir. Oruc İslamın beş əsas ibadətindən biridir və bütün yetkin müsəlmanlara fərzdir:

"Hər gün sübh açılmadan əvvəl oruc tutmaq niyyəti etmək tələb olunur. Ramazan orucu üçün niyyət gecədən əvvəl edilməlidir. Ramazan ayında iftar və sahur etmək də mühüm əməllərdəndir. Sahura qalxmaq sünnədir və bu, bərəkətlidir. Peyğəmbərin (s.ə.s) tövsiyəsi ilə iftar vaxtında açılmalıdır. Namazlar da Ramazan ayında daha çox diqqətə alınmalı və vaxtında qılınmalıdır. Xüsusilə təravih namazı vacib olmasa da, çox savab qazandıran bir ibadət sayılır. Ramazan ayı həmçinin Qurani-Kərimin nazil olduğu aydır. Buna görə də bu ayda Qurani-Kərimi oxumaq və onun hökmlərinə əməl etmək çox savablıdır. Zəkat və sədəqə vermək də Ramazan ayında daha çox təşviq edilir, çünki bu ayda ehtiyacı olanlara kömək etmək daha çox savab gətirir. Ayrıca, Ramazanın son 10 günündə olan Qədr gecəsini ibadətlə keçirmək xüsusi diqqətə layiqdir".

İlahiyyatçı oruc tutmamağın İslamda böyük günah sayıldığını qeyd edib:

"Qurani-Kərimdə orucun vacibliyi açıq şəkildə bildirilir: "Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə fərz qılındığı kimi, sizə də fərz qılındı ki, bəlkə təqvalı olasınız." (Bəqərə, 183). Lakin bəzi hallarda oruc tutmamaq icazəlidir. Xəstəlik, səfərdə olmaq, hamilə və ya uşaq əmizdirən qadınlar, yaşlı və gücsüz insanlar, mensturasiya və ya nifas dövründə olan qadınlar oruc tutmaya bilərlər. Bu hallarda oruc tutmayanlar sonradan qəza etməli və ya fidyə verməlidirlər. Ancaq heç bir üzr olmadan orucu bilərəkdən tərk etmək böyük günah sayılır və bunun üçün tövbə etmək, kəffarə ödəmək lazımdır. Kəffarə üzrlü səbəbdən oruc tuta bilməyən şəxsin ya oruc tutan birinə iftar verməsi, ya da bir nəfəri bir öynəlik yeməklə təmin etməsi şəklində yerinə yetirilir".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri